Ens.az
18 oktyabr 2019, cümə
.
.
chevron_left chevron_right
PRESS-RELİZ

AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşı Çində keçirilən təlim kursunda iştirak edib.

AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşı Çində keçirilən təlim kursunda iştirak edib.

59 Baxış
AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşı Çində keçirilən təlim kursunda iştirak edib.

AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşı Nigar Quluzadə Çin Xalq Respublikasında keçirilən “Botanika bağlarının inkişafı və idarəedilməsi” adlı beynəlxalq təlim kursunda iştirak etmişdir.

Beynəlxalq Botanika Bağları Assossasiyası, Çinin Elm və Texnologiya Nazirliyi və Şanxay Çensan Botanika Bağı tərəfindən təşkil edilən kurs nəzəri və praktiki hissədən ibarət olmaqla 20 gün müddətində davam etmişdir. Botanika bağlarının inkişafına dəstək məqsədi ilə təşkil olunmuş kursda mühazirələrlə yanaşı, Tianmu dağı, Çensan, Şanxay və Hangzou Botanika Bağlarına, Şanxay Təbii Tarix Muzeyinə, Fangta və Zuibaiçi Tarixi Milli Parklarına, Herbari fonduna, Toxum bankına, Bitki Elmləri Tədqiqat Mərkəzinə ekspedisiyalar həyata keçirilmişdir.

Həmçinin, Asiya ölkələrinin mədəniyyətinin tanıdılması və qarşılıqlı əlaqənin yaradılması məqsədi ilə Şanxay şəhərində təşkil olunmuş Beynəlxalq Etnobotanika Sərgisində N.Quluzadə “Azərbaycan xalqının mədəni həyatında bitkilərin istifadəsi” mövzusu ilə çıxış etmişdir.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X