Slimfit
  1. CƏMİYYƏT

Ankaralılar Azərbaycan bayrağını belə qorudu

Ankaralılar Azərbaycan bayrağını belə qorudu
Sakura

Ankaralılar Azərbaycan bayrağını belə qorudu

Azərbaycanlı Gənclərin Ankara Həmrəyliyi (AGAH) İctimai Birliyinin təşəbbüsü ilə Türkiyənin Paytaxtı Ankara şəhərində sosial eksperiment keçilib.

Axar.az xəbər verir ki, ssenari üzrə Azərbaycan bayrağı ilə şəhərin mərkəzində gəzən gəncə türk vətəndaşı yaxınlaşaraq, bayraqla gəzməməsini söyləyir. Bu zaman ətrafda olan şəxslər Azərbaycan bayrağına irad bildirən vətəndaşa müdaxilə edib və Azərbaycan bayrağının türk bayrağı, Azərbaycanın da qardaş ölkə olduğunu bildirərək, bayraqla gəzməyinə haqq qazandırırlar.

Qeyd edək ki, sosial eksperimentin keçirilməsinin məqsədi türk soydaşlarımızın Azərbaycan bayrağına münasibəti və həssaslığını öyrənmək və ictimaiyyətə təqdim etmək olub.

Layihəni AGAH-ın departament rəhbəri Mövlud İşıq, təşkilatın katibliyinin əməkdaşları Xatirə Raufgil, Neman Həsənzadə və İsmayıl Abışov ərsəyə gətirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR