Slimfit
  1. TEXNOLOGİYA

App Store bir gündə 386 milyon dollar qazandırıb

App Store bir gündə 386 milyon dollar qazandırıb
Sakura

App Store bir gündə 386 milyon dollar qazandırıb

App Store rəqəmsal texnologiyanın qızıl çağının əsas meyarıdır. Texnologiya nəhəngi Apple-ın bir həftə ərzində App Store istifadəçilərindən əldə etdiyi gəlir isə kifayət qədər yüksəkdir. Xəbərin təfərrüatlarını birlikdə araşdıraq.

 

TED.az xəbər verir ki, Apple bir həftə ərzində yarım milyarddan çox App Store istifadəçisindən 1 milyard dollar gəlir əldə edib. Bu da ildə təxminən 52 milyard dollar gəlir deməkdir. Rəqəmsal platformaya istehlak yönümünün artması və son dövrdə olduqca uğurlu olan abunə sisteminə keçid bu rəqəmlərə öz töhfəsini verib.

 

Xüsusilə iTunes, Spotify, Netflix, Amazon Prime, iCloud və Dropbox kimi rəqəmsal xidmətlərin uğuru şirkətə rekord gəlir əldə etməyə imkan verir. 2018-ci ildən bəri istifadəçilərin App Store xərcləmələrində 16% artım olub və Apple 47 milyard dollarlıq gəlirini 52 milyard dollara qədər artırmağı bacardı. Əldə edilən gəlirin 37 milyard dollarını App Store-da yer alan oyunlardan gətirildiyi görünür. Əyləncə üçün endirilən tətbiqlər isə 3.9 milyard dollarlıq xeyir gətirib.

 

Şirkətdən bildirilir ki, 2008-ci ildən bəri əldə etdikləri 155 milyard dollarlıq gəlirin əsas hissəsi son bir ildə qazanılıb. Apple tərəfindən 2019-cu ilin Yeni İl günlərində 1,42 milyard dollar, 2020-ci ilin ilk günündə isə 386 milyon dollar dəyərində alış-veriş edildiyi açıqlanıb.  Əlbəttə ki, App Store gəlir artımını yaşamış yeganə platforma deyil. Google Play Store da gəlirlərin oxşar artımına nail olub. Lakin 29,3 milyard dollara sahib olan platforma hələ də Apple-dan geri qalır.

 

Demək olar ki hər kəsin bir smartfona sahib olması e-ticarət platformalarının fəaliyyətini sürətləndirməyə təkan verir.

 

Bu istifadəçilərin satın almaq istədikləri məhsullardan bir neçə klik uzaqda olmasını təmin edir. Mütəxəssislər bu platformaların gələcəkdə də inkişafını davam etdirəcəyini proqnozlaşdırırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR