Slimfit
  1. MARAQLI

Apple top-menecerlərinin nə qədər qazandığı məlum oldu

Apple top-menecerlərinin nə qədər qazandığı məlum oldu
Sakura

Apple top-menecerlərinin nə qədər qazandığı məlum oldu

Apple konserninin baş direktoru Tim Kuk öz maaşı barədə məlumatları SEC-ə (ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası) ötürüb.

Ens.az saytının Macrumors.com sayta istinadən məlumatına görə, 2019-cu ildə Kuk 11 milyon dollardan çox qazanıb.

Saytın yazdığına görə, Apple CEO-sunun əsas əmək haqqı 3 milyon dollar idi və planları yerinə yetirdiyinə görə mükafat şəklində əlavə 7,7 milyon dollar mükafat alıb.

Bundan əlavə, Tim Kuk 884 min dollar əlavə kompensasiya qazanıb. Ümumi əmək haqqı 11 milyon 555 min 466 dollar təşkil edib.

Bununla yanaşı, əlavə kompensasiya 92 min dollar məbləğində məzuniyyət ödənişləri, təhlükəsizlik xərcləri kimi 457,083 dollar və şəxsi təyyarəsinin istifadəsi üçün 315 min 311 ABŞ dolları da daxil idi.

Qeyd etmək lazımdır ki, Tim Kukun 2019-cu ildəki maaşı 2018-ci illə müqayisədə 4 milyon dollar az idi: o zaman Apple şirkətinin direktoru 15 milyon dollardan çox qazanmışdır.

Apple şirkətinin qalan idarəçiləri 1 milyon dollarlıq əsas əmək haqqı, habelə səhmlər və 2,5 milyon dollaradək mükafat aldılar. Yəni, Luka Maestro, Keyt Adams və Cef Uilliams 25 milyon dollardan çox qazandılar.

Bu ilin əvvəlində şirkətdən ayrılan Anсela Arendts 22 milyon dollar, onun varisi Deidre O'Brayen isə 19 milyon dollar qazandı.

Apple-da orta əmək haqqı 57,596 dollar (təxminən 98,490 AZN) təşkil edir. Pərakəndə satış və dəstəkçi heyətin qazandığı qədər. Beləliklə, Kuk orta hesabla 201 dəfə çox qazanc əldə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR