Slimfit
  1. İDMAN

“Araz” klubu futzal üzrə Azərbaycan çempionatının qalibi olub

“Araz” klubu futzal üzrə Azərbaycan çempionatının qalibi olub
Sakura

“Araz” klubu futzal üzrə Azərbaycan çempionatının qalibi olub

Mayın 17-də Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqanın 2018-2019-cu il mövsümünün final oyunu keçirilib.

Həlledici matçda “Araz” və “Xəzər Cənub” komandaları qarşılaşıblar. Oyunda 4:1 hesablı qələbə qazanan “Araz” ölkə çempionu olub. “Xəzər Cənub” isə çempionatın gümüş medallarına yiyələnib.

Üçüncü yer uğrunda qarşılaşmada “Neftçi”ni 4:2 hesabı ilə məğlub edən EKOL bürünc medalları qazanıb.

Çempionatın ən yaxşı baş məşqçisi Joze Alesio Da Silva (“Araz”), ən yaxşı oyunçusu Vitali Borisov (“Neftçi”), ən yaxşı qapıçısı isə Rövşən Hüseynli (“Araz”) seçiliblər. Mövsüm ərzində 85 qol vuran “Xəzər Cənub”un hücumçusu Hadi Rezvan çempionatının bombardiri olub.

Mükafatlandırma mərasimində komandalara diplomları, medalları, çempiona isə kuboku AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR