Slimfit
  1. ELM

Artikada xərçəng hüceyrələrini məhv edən göbələk aşkarlanıb

Artikada xərçəng hüceyrələrini məhv edən göbələk aşkarlanıb
Sakura

Artikada xərçəng hüceyrələrini məhv edən göbələk aşkarlanıb

Ens.az xəbər verir ki, o, 24 saat ərzində xərçəng hüceyrələrini məhv etməyə qadirdir.

Arktikanın buzlu göllərində Rusiya alimləri tərəfindən aşkar edilmiş kifli göbələk xərçəng xəstəliyinin müalicəsində irəliləyiş təmin edə bilər. Alimlərin fikrincə, bu göbələk 24 saat ərzində xərçəng hüceyrələrini məhv etməyə qadirdir.

Söhbət təxminən 120 min illik bir müddətdə buz altında qalmış və sonra Arktika ekspedisiyalarından birinin iştirakçıları tərəfindən aşkar edilmiş göbələkdən gedir. Göbələk penicillium thymicola yeraltı buz gölməçəsində qorunub saxlanıb.

Alimlər Orta Paleolit ​​dövründən bəri donmuş vəziyyətdə qorunub günümüzə çatan bənzərsiz Arktik kif göbələyinin xərçəng əleyhinə fəaliyyətini təsdiqləyə biliblər.

"Göbələyi əmələ gətirən maddə xərçəng şişlərinin böyüməsini effektiv bir şəkildə dayandırır və tətbiq edildikdən iyirmi dörd saat sonra bədxassəli hüceyrələri məhv edir.

Ekspert Marina Zemskova deyib:"Belə nəticələr xərçəng hüceyrələrinin laboratoriya şəraitində aparılan təcrübələrindən əldə edilib".

O qeyd edib ki, Arktika göbələkləri xərçəng hüceyrələrinin bölünməsinə maneə törətməklə yanaşı, qan damarlarının divarlarına nüfuz etməsinə və bütün orqanizmə yayılmasına imkan vermir. Gələcəkdə, elm adamlarının da ümid etdiyi kimi, göbələklər əsasında xərçəngin müalicəsində innovativ bir vasitə əldə etmək mümkün olacaq.

Mənbə: lenta.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR