Slimfit
  1. ELM

Artıq barmaq izi ilə cinayətin baş vermə vaxtı təyin olunacaq

Artıq barmaq izi ilə cinayətin baş vermə vaxtı təyin olunacaq
Sakura

Elm adamları cinayətin baş vermə vaxtını barmaq izləri ilə təyin etməyi öyrənib

Ens.az xəbər verir ki, ABŞ-ın Ayova Universitetinin alimləri barmaq izləri ilə bağlı yeni texnologiya hazırlayıblar. Gələcəkdə ondan məhkəmə tibb işlərində yararlanmaq mümükündür.

Tibbi ekspertiza cinayətin baş vermə tarixini barmaq izi ilə təyin edə biləcək. Məsələ bundadır ki, barmaqların uclarında doymamış triasilgliserid yağları olur. Havada onlar ozonla reaksiya verməyə başlayırlar və zamanla məhv olurlar. Bu prosesin sürəti izlərin görünüş tarixini hesablamağa imkan verir.

Tədqiqat məqsədilə elm adamları çoxsaylı könüllüllünün barmaq izlərini təhlil ediblər. Onları laboratoriyada bir həftə müxtəlif səthlərdə saxlayıblar. Kütləvi spektrometriya texnologiyası tədqiqatçılara hər barmaq izinin ortaya çıxacağı dəqiq tarixi təyin etməyə kömək edib.

Təəssüf ki, barmaq izlərinin "yaşlanma" nisbəti insanlar arasında dəyişir: bu triasilgliseridlərin miqdarından asılıdır. Bu səbəbdən, məhkəmə ekspertizası yalnız cinayətkarın şəxsiyyəti əvvəlcədən məlum olduqda onun vaxtını təyin edə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR