Slimfit
  1. AZƏRBAYCAN

"Asan" xidmət əməkdaşları ağac əkdilər

"Asan" xidmət əməkdaşları ağac əkdilər
Sakura

"Asan" xidmət əməkdaşları ağac əkdilər

Ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan payız ağacəkmə kampaniyasına “Asan” xidmətin kollektivi də qoşulub.

Oxu.Az xəbər verir ki, bu haqqda nazirliyin mətbuat xidmətindən məlumat verilib.

15 dekabr 2018-ci il tarixində keçirilən aksiya zamanı ETSN-nin və “Asan” xidmətin kollektivi keçmiş Yod-Brom zavodunun nazirlik tərəfindən təmizlənmiş 6 hektar ərazisində 5000-ə yaxın müxtəlif cinsli ağac əkib.

Qeyd edək ki, ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azəryaşlandşaft ASC-nin və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Nazirlik payız ağacəkmə kampaniyasını dəstəkləyən və qoşulan bütün tərəflərə təşəkkür edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR