Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Heydər - Bu sevdaya düşən günü ölmüşəm

Aşıq Heydər - Bu sevdaya düşən günü ölmüşəm
Sakura

Aşıq Heydər - Bu sevdaya düşən günü ölmüşəm

Sevib sevdasına yandığım gözəl,
Bu sevdaya düşən günü ölmüşəm.
Həkim cərrah bilməz dərdimə çarə,
Bu sevdaya düşən günü ölmüşəm.

Istədim ki, bağban olam, bir gülə,
Eşq atəşı vurdu, döndüm bülbülə.
Sevda vücuduma saldı vəlvələ,
Bu sevdaya düşən günü ölmüşəm.

Hicran yeksanıyam , qəm tarümarı,
Yıxıb vicudumu kül etmə barı.
Dizimin taqəti, gözümün nuru,
Bu sevdaya düşən günü ölmüşəm.

Varmı mənim kimi qəmlə talanan,
Sərkərdan - sərkərdan gəzib dolanan.
Bu eşqə neyləsin təbibü loğman,
Bu sevdaya düşən günü ölmüşəm.

Etibardan düşən, etibarlı yar,
Dolandım qürbəti diyarbadiyar.
Pərişan könlümün müşkül halı var,
Bu sevdaya düşən günü ölmüşəm.

Adına nəğmələr qoşduğum dilbər,
Könül sarayımı alıb qəm - kədər.
Üzmə qul Heydərı, üzmə bu qədər.
Bu sevdaya düşən günü ölmüşəm.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR