Slimfit
  1. SİYASƏT

AŞPA iş yerində dini azadlığın qorunmasına dair qətnamə qəbul edib

AŞPA iş yerində dini azadlığın qorunmasına dair qətnamə qəbul edib
Sakura

AŞPA iş yerində dini azadlığın qorunmasına dair qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “İş yerində dini yaxud inanc azadlığının qorunması”na dair qətnamə qəbul edib.

Report”un Fransa bürosu xəbər verir ki, qətnamədə AŞPA üzv ölkələrə dini azadlığın insan hüquqlarının ayrılmaz hissəsi olduğunu xatırladıb, dövlətləri cəmiyyətdə birgə yaşama və tolerantlıq mədəniyyətini inkişaf etdirmək və bu təməl hüququn iş yerlərində də möhkəmləndirilməsi barədə çağırış edib.

Qətnamədə bildirilib ki, insanların böyük qismi həyatlarının əksər hissəsini əmək fəaliyyəti ilə məşğul olduğu yerdə keçirdikləri üçün işçilərin dini azadlığı iş yerində də təmin edilməlidir.

AŞPA bu məqsədlə, dini ayrı-seçkiliklə mübarizə üzrə qanunvericiliyin möhkəmləndirilməsi, tolerantlıq məsələsinin müzakirə edilə bilməsi üçün şirkət sahibləri, qeyri-hökumət orqanları, dini icmalar arasında dialoqun genişləndirilməsi və digər tədbirləri tövsiyə edib.

AŞPA iş yerlərində dini azadlığa riayət olunan, bu məsələdə uğurlu nəticələrə malik ölkələri öz təcrübələrini digər dövlətlərlə paylaşmağa dəvət edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR