Slimfit
  1. MARAQLI

Aşqabadda arzu edənləri suda batmayan rəsm çəkməyə öyrətdilər

Aşqabadda arzu edənləri suda batmayan rəsm çəkməyə öyrətdilər
Sakura

Aşqabadda arzu edənləri suda batmayan rəsm çəkməyə öyrətdilər

 Türkmənistan paytaxtındakı incəsənət muzeyində  ebru -Türk rəsm texnikasının  ustad dərsləri("master-klas") keçirilib.  
 
Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, Aşqabad sakinləri ilə su üzərində şəkil şəkmənin sirlərini  tanınmış rəssam Kubilay Eralp Dinçer və onun  şagirdi Nilüfer Mutlu paylaşıb.  Muzeyin salonu ebru texnikasıyla yaradılmış əsərlər  kolleksiyasıyla bəzədilib. 
 
Kubilay Eralp Dinçer 2006-cı ildən bu sənətin təbliği ilə məşğul olan peşəkar ebru-rəssam kimi fəaliyyət göstərir.
 
Ebru sənətində rəsmin  yaradılması üçün bir səth olaraq su   xidmət edir. Boyaların suya qarışmaması və batmaması üçün onlara  heveya(Braziliyada qabığından axan süddən kauçuk da hazırlanan qəribə ağac) məcunu əlavə edilir.  Boyalar səthə yayılmağa başlayır və  sənətkar  zərif çubuqların köməyi ilə  onlara istədiyi görünüş verir.
Xatırladaq ki, su üzərində rəsm çəkilməsi üsulu hələ 7-ci əsrdə Türkiyədə meydana çıxıb.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR