Slimfit
  1. DÜNYA

“Associated Press” Ağ Evi konstitusiyanı pozmaqda ittiham edib

“Associated Press” Ağ Evi konstitusiyanı pozmaqda ittiham edib
Sakura

“Associated Press” Ağ Evi konstitusiyanı pozmaqda ittiham edib

“Associated Press” (AP) agentliyinin jurnalistləri ABŞ administrasiyasının konstitusiyanı pozduğunu bəyan ediblər.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Səbəb Ağ Ev əməkdaşlarının AP-nin akkreditə olunmuş müxbir və fotoqrafını ABŞ Prezidenti Donald Trampın təyyarəsinə buraxmaması olub. İmtinaya səbəb isə agentliyin Meksika körfəzini Amerika körfəzi adlandırmaq istəməməsi göstərilib.

Agentliyin jurnalistləri bildiriblər ki, ABŞ administrasiyası fikirlərin sərbəst dərcinə mane olur.

"Jurnalistlər administrasiyanın bu hərəkətlərini ABŞ konstitusiyasına birinci düzəlişin pozulması hesab edirlər", - AP-nin məlumatında vurğulanıb.

Daha əvvəl administrasiya “Associated Press” müxbirlərini bu həftə Ağ Evdəki hadisələri, o cümlədən Hindistan lideri ilə mətbuat konfransını və Trampın Oval kabinetdə jurnalistlərlə ünsiyyətini işıqlandırmasını, agentliyi "dezinformasiyaya sadiq olmaqda" ittiham edərək əngəlləyib. AP jurnalistləri bu iddianı tamamilə yalan adlandırırlar.

 

Xatırladaq ki, ABŞ administrasiyası Trampın fərmanına əsasən Meksika körfəzini Amerika körfəzi adlandırıb və bu barədə ABŞ Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR