Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

“Ata olacağını biləndən beş saat sonra şəhid olub...” - Xüsusi təyinatlı hərbçimizin xanımı...

“Ata olacağını biləndən beş saat sonra şəhid olub...” - Xüsusi təyinatlı hərbçimizin xanımı...
Sakura

“Ata olacağını biləndən beş saat sonra şəhid olub...” - Xüsusi təyinatlı hərbçimizin xanımı...

Vətən müharibəmizin şəhid hərbçilərindən biri də gizir Hüseynov Nurlan Madər oğludur.

Moderator.az şəhidlərimizlə bağlı silsilə yazılarına davam edir. Bu dəfə sizə şəhid Nurlan Hüseynovun döyüş yolundan bəhs edəcəyik.

Qeyd: Hüseynov Nurlan Madər oğlu 1992-ci il iyulun 3-də İmişli rayonunun Göbəktala kəndində anadan olub. 2010-cu ildə orta məktəbi bitirdikdən sonra əsgəri xidmətinə yollanıb. Sonra Xüsusi Təyinatlı Qüvvələrin kursunu bitirib. O, daha sonra gizir kimi Silahlı Qüvvələrimizin sırasında xidmət etməyə başlayıb. Vətən müharibəsində isə qəhrəmancasına şəhid olub.

N.Hüseynov 2016-cı il Şanlı Aprel döyüşlərinin iştirakçısı olub. O, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif edilib.

Həyat yoldaşı Günel xanım deyir ki, onlar 2018-ci ildə ailə həyatı qurublar. Nurlan çox cəsur döyüşçü olub. Kəşfiyyatçı olan hərbçimizi hamı “Qartal” ləqəbi ilə çağırıb.

Nurlan 2018-ci ildə Türkiyənin İzmir şəhərində keçirilən ən yaxşı snayperçi yarışında 24 dövlət arasında birinci yerə layiq görülüb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Nurlan Murovdağ, Cəbrayıl, Füzuli və Hadrutun işğaldan azad edilməsində şücaətlər göstərib. Lakin Nurlan oktyabrın 14-də Hadrut döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Həyat yoldaşı Nurlanla bağlı bunları deyib:

“Müharibəyə gedəndə söz verdi ki, qayıdacam. Qayıtdı, amma şəhidlik zirvəsinə ucalıb qayıtdı. Şəhid olmamışdan bir gün öncə zəng vurmuşdu. Dedi ki, “əgər mənə bir şey olsa, arzularımı, xəyallarımı gerçəkləşdir, bunu sən bacararsan”. Arzusu Bakıda ev almaq idi. Allah mənə güc versin, mən Nurlanın arzusunu yerinə yetirim”.

Günel xanım deyib ki, onlar iki il evli olsalar da övladları olmayıb:

“İki il üç ay evli olduq. Nurlan ata olacaqdı, amma Allah qismət eləmədi. Ata olacağını eşidəndən 5 saat sonra şəhid oldu. Onda döyüş yoldaşlarına deyib ki, “ata olacam, ona görə evə qayıtmalıyam”. Son nəfəsində isə məni çağıraraq şəhid olub. Erməni postunu aldıqdan sonra geri qayıdıblar və bu zaman əraziyə minamyot düşməsi nəticəsində Nurlan qəlpə yarasından şəhid olub. Nurlan çox vətənpərvər insan idi, yatanda belə üçrəngli bayrağımızı üstünə sərirdi”.

Nurlan göstərdiyi şücaətlərə görə ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR