Slimfit
  1. DÜNYA

Atambayev “müsibəti”: eks-prezidentlər niyə qorunmalıdır?

Atambayev “müsibəti”: eks-prezidentlər niyə qorunmalıdır?
Sakura

Atambayev “müsibəti”: eks-prezidentlər niyə qorunmalıdır?

Bəzi ölkələrdə sabiq prezidentlər hakimiyyətdə olduqları müddətdə yol verdikləri səhvlərə görə qeyri-adekvat münasibətlə üzləşir: mülkləri girov götürülür, özləri həbs edilir və s. Buna Qırğızıstan, Boliviya və başqa ölkələrdəki nümunələri misal göstərmək olar. Lakin əksər ölkələrdə, eləcə də Azərbaycanda keçmiş prezidentlərin toxunulmazlıq hüququ var.

Məsələ ilə bağlı Axar.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycanda eks-prezidentlərə və onların ailələrinə qoyulan hörmət bir çox ölkələrə nümunə olmalıdır:

“Prezidentin hakimiyyəti dövründə buraxdığı səhvlərə və verdiyi qərarlara görə ona cinayət işi açmaq, təhqir etmək olmaz. Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevə və onun ailəsinə qarşı edilənlər yolverilməzdir. Ölkəni idarə etmiş bir şəxsi bu qədər alçaltmaq olmaz. Çünki bu hal birbaşa prezidentlik postuna ciddi xələl gətirir. Bu haqda Azərbaycanda çox önəmli qanun var ki, prezident hakimiyyətdən getdikdən sonra da ona çox böyük hörmət edilir və aylıq müavinət ayrılır. Bu hörmətin sübutu olaraq, Azərbaycanın keçmiş Prezidenti Əbülfəz Elçibəyin ailəsinə olan hörməti və Asabiq Prezident Ayaz Mütəllibovu misal göstərmək olar. Məhz bu yaxınlarda mərhum Elçibəyin evi I vitse-prezident Mehriban Əliyeva tərəfindən təmir olundu. Həmçinin, Elçibəyin həyat yoldaşı həyatda olduğu müddətdə Prezident xanımı olduğu üçün yüksək məbləğdə təqaüd alırdı. Bunlar onu göstərir ki, Azərbaycanda prezidentlərə və onların ailəsinə çox böyük hörmət qoyulur”.

Politoloq bildirib ki, eks-prezidentə qarşı bu cür rəftar həm də digər mənfi presedent yarada bilər:

“Belə münasibət prezidentlərin hakimiyyətdən getmək istəməməsinə səbəb ola bilər. Çünki təbii olaraq bu vəzifədə olan şəxslərdə belə bir rəy yaranacaq ki, hakimiyyətdən getsəm, mənim də başıma belə oyunlar gələ bilər. Buna görə də çalışacaqlar ki, hakimiyyətdən getməmək üçün hər yola əl atsınlar. Bu da təbii olaraq ölkədə narazılıqlara və qarşıdurmalara səbəb olacaq. Necə ki, biz hazırda bəzi ölkələrdə gedən qarşıdurmalara şahid oluruq. Bu baxımdan düşünürəm ki, bizdə olan qanun digər ölkələrə də nümunə olmalıdır. Həmçinin siyasi münasibətlər, siyasi əxlaq yüksəlməlidir. Qisas almaq hissi ilə hakimiyyətə gəlməyə çalışmaq yolverilməzdir. Bu, dövlətin dayaqlarını sarsıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR