Slimfit
  1. DÜNYA

Avropa

Avropa
Sakura

Avropa — Afrikanın şimalında, Asiyanın qərbində, Atlantik okeanının şərqində yerləşən qitə. Sahəsi 10,523,000…

Avropa — Afrikanın şimalında, Asiyanın qərbində, Atlantik okeanının şərqində yerləşən qitə. Sahəsi 10,523,000 km²-ə bərabərdir.

"Avropa" sözü sami dillərində Erep (yaxud İrib), "günəşin batdığı tərəf" mənasını verir. Finikiyalılardan yunanlara keçən bu ad, yunanca "Europa" olmuş və Egey dənizindən qərbdə yerləşən ölkələrə deyilmişdir.

Azərbaycan ərazisinin on altıda bir hissəsi Avropanın hüdudlarına düşür. Azərbaycanın Avropaya düşən hissələri Qusar rayonu, Quba rayonunun ərazisinin çox hissəsi, Şabran və Xaçmazın ərazisinin bir hissəsi, Xızırayonun ərazisinin yarıdan çoxu, Sumqayıt şəhəri, Novxanı daxildir. Qitənin sərhədləri Fatmayı ilə Mehdiabadın arasından keçir və buradan keçdikdən sonra Şüvəlanın ərazisinin də çox hissəsi Avropaya daxil olur. Azərbaycanda Avropanın sərhədinin hüdudları təxminən Abşeron rayonun Zirə qəsəbəsində tamamlanır. Zirənin yarısı Asiya, yarısı isə Avropa hüdudlarına daxildir. Bakı tam olaraq Avropanın hüdudlarına daxil olmur. Bakıda Şüvəlanın çox hissəsi, Binəqədi rayonu, Mərdəkan qəsəbəsinin bir hissəsi Avropanın hüdudlarına daxildir. Ümumilikdə, Bakının mərkəzi hissəsi Asiya, şimal-qərb hissəsi isə Avropaya aid olur.

Coğrafiyası

Avropanın ucqar nöqtələri şimalda Nordkin burnu, cənubda Mərakeş burnu, qərbdə Roka burnu, şərqdə isə Ural dağlarının şimal qurtaracağı hesab olunur. Ekvator xəttindən xeyli şimalda yerləşir. Lakin şimal qütb sahəsinə az bir hissəsi daxildir. Antarktidadan başqa yeganə qitədir ki, tropik sahəyə daxil deyildir. Qərb hissəsindən başlanğıc meridianı keçir, bu meridian London meqapolisinə daxil olan Qrinviç şəhərindən keçdiyi üçün onu çox vaxt Qrinviç meridianı adlandırırlar. Digər materiklərə görə Avropanın mövqeyi tarixən əlverişliliyi ilə seçilmişdir. Avropa hələ qədim dövrlərdən cənubda Aralıq dənizi vasitəsilə Cənub-Qərbi Asiya və Şimali Afrika ilə əlaqə saxlamışdır. Qərbdə isə Şimali Amerika və başqa materiklərə gedən dəniz yolları üzərində yerləşmişdir. Avropa Atlantik okeanı və Şimal Buzlu okeanı suları ilə əhatə olunub. Sahil xətləri çoxlu parçalanmaya məruz qalmış, girintili-çıxıntılı olması ilə seçilmişdir. Onun sahillərində çoxlu buxta və körfəzlər var. Bu da qabarma və çəkilmələrin təsiri ilə dənizçiliyin inkişaf etməsinə, çoxlu dəniz limanlarının yaranmasına şərait yaratmışdır. Dənizdən xeyli kənarda, Temza çayı sahilində yerləşən London bu səbəbdən mühüm liman şəhərinə çevrilmişdir. Sahil xətlərinin çox parçalanması bir sıra ada və yarımadaların da yaranmasına səbəb olmuşdur. Qitə ərazisinin 25%-ni ada və yarımadalar tutur. Avropanın daxili hissələri dənizlərdən çox aralı deyildir. Qərbdə daxili hissələrin dənizlərdən məsafəsi 600 km, şərqdə isə 1600 km təşkil edir. Avropa dövlətlərinin əksəriyyətinin dənizə çıxışı olduğuna görə, dəniz dövlətləri hesab olunurlar.

Şimaldan Avropa sahillərini Şimal Buzlu okeanının Norveç, Barens və Ağ dənizin suları yuyur. Barens və Ağ dənizləri arasında Kola yarımadasıyerləşmişdir. Şimaldakı Yeni Torpaq, Frans-İosif Torpağı və Svalbardadaları da Avropaya aiddir. Atlantik okeanı və onun dənizləri Avropanı qərb və cənubdan əhatə etmişdir. Şimal, Baltik, Aralıq, Qara və Azov dənizisahillərdə bir sıra körfəz və buxtalar yaratmışdır. Bunlardan Biskay, Fin, Botnik, Riqa və başqa körfəzləri göstərmək olar. Baltik və Norveç dənizləri arasında Avropanın ən böyük yarımadası olan Skandinaviya yarımadasıyerləşir. Avropanın digər iri yarımadalarından Pireney, Apennin, Balkan, Krım qeyd olunmalıdır. Avropanın böyük adalarından isə Böyük Britaniya, İrlandiya, İslandiya, Korsika, Siciliya və Sardiniya göstərilə bilər. Aralıq dənizi Avropa sahillərində ən böyük və ən dərin dənizdir. Bu dəniz həmişə istidir (13 °C) və onun ətraf ərazilərin təbiətinə təsiri böyükdür. Buna səbəb isə dayaz və ensiz Cəbəllütariq boğazından nisbətən soyuq okean sularının bu dənizə daxil ola bilməməsidir. Şimali Atlantika isti cərəyanının təsiri ilə Norveç və Barens dənizləri qışda donmur. Bu, gəmiçiliyin daimi inkişafı üçün əlverişli imkan yaradır. Daha cənubda yerləşən Ağ və Baltik dənizləri isə qışda buz bağlayır.

Avropa qitəsi özünəməxsus əlverişli coğrafi mövqeyə malik bir ərazidir. Bu əlverişlilik onun ekvatora və qütb sahəsinə, digər materiklərə, okeanlara görə bir qədər münasib yerləşməsi, sahil xətlərinin əlverişli olması ilə izah oluna bilər. Tarixən Avropa ərazisində insanlar daha çox məskunlaşmış, təsərrüfat cəhətdən yüksək inkişaf səviyyəsinə çatmışlar. Əlverişli coğrafi mövqe, tarixi inkişafın nəticələri bu gün Avropanı dünyanın siyasi, ictimai və iqtisadi həyatında həlledici rol oynamasına gətirib çıxaran amillərdən olmuşdur.

Geologiyası

Avropanın fiziki xəritəsi

Fiziki xəritədə Avropanın şərq və qərb hissələrinin relyefində olan fərqləri asanlıqla müşahidə etmək olar. Bunun əsas səbəbini ərazinin müxtəlif hissələri arasındakı geoloji inkişaf tarixinin xüsusiyyətləndə axtarmaq lazımdır. Ona görə ki, qitənin şərqində qədim platforma, qərbində isə müxtəlif yaşlı geosinklinal strukturlar və cavan platformalar üstünlük təşkil edir. Burada ən qədim və sahəsinə görə ən böyük tektonik struktur Şərqi Avropa platformasıdır. Platformanın qədim bünövrəsi Baltik və Ukrayna kristallik qalxanları şəklində səthə çıxmışdır. Qərb hissədə Şərqi Avropa platforması Atlantik okeanından Sakit okeana qədər uzanan Alp-Himalay geosinklinalı və cavan platforma ilə əhatə olunmuşdur. Platformalar nisbətən sabit sahələridir, onlar düzənlik və orta hündürlüklü dağlara uyğun gəlir. Geosinklinallar isə yerin daha fəal, hərəkətdə olan sahələridir və Avropanın cənubunda Alp dağları qurşağı ilə təmsil olunub.

Avropanın relyefinin formalaşmasında Dördüncü dövrdə baş vermiş materik buzlaşmalarının təsiri böyük olmuşdur. Həmin dövrdə yeni tektonik hərəkətlərin təsiri ilə səthin xeyli qalxması və iqlimin soyuqlaşması baş verir. Bu da çox böyük ərazilərin buzlaqlar altında qalmasına gətirib çıxarır. Mütəxəssislər belə hesab edir ki, Dördüncü dövrdə Avropa ərazisində dörd böyük buzlaşma dövrü olmuşdur. Ən böyük buzlaşma dövründə buzlağın cənub sərhədi 50° şimal enliklərinə qədər gəlib çatmışdı. Skandinaviya və Britaniya ərazilərindən başlayan buzlaqlar 6 milyon km²-ə qədər ərazi tuturdu. Cənubda, Alp dağlarında isə dağ buzlaşmaları inkişaf etmişdi. Dördüncü dövr buzlaşmalarının izləri Avropanın relyefində aydın görünür. Müasir relyefdə buzlaq relyefinin bəzi formaları (moren tirələri və təpələri) müşahidə olunur. Çoxlu iri və xırda göl çökəklikləri əmələ gəlmiş, sahil xətlərinin girintili-çıxıntılığı artmışdır. Relyefin dəyişilməsinə səbəb olan tektonik hərəkətlər müasir dövrdə də davam etməkdədir. Buna misal olaraq Skandinaviyanın cənub hissələrinin tədricən qalxmasını, Baltik dənizinin cənub sahillərinin isə enməsini göstərmək olar. Avropa ərazisində çoxlu sönmüş və fəaliyyətdə olan vulkanlar vardır. Fəaliyyətdə olan vulkanlar Aralıq dənizi sahillərində və Atlantik okeanındakı adalarda yerləşir. Apennin yarımadasının qərbində Vezuvi, Siciliya adasında Etnavulkanları mövcuddur. İslandiya adasında Hekla vulkanı, isti bulaqlar-qeyzerlər fəaldırlar. Avropanın cənub hissəsi fəal zəlzələ zonasına daxildir. Burada çox böyük dağıdıcı gücə malik olan zəlzələlər baş verir. Bu da relyefin formalaşmasının və inkişafının davam etdiyini göstərən amillərdəndir.

Relyefi

Avropanın şərq hissəsində çox böyük sahəni qədim platforma bünövrəsi üzərində yerləşmiş Şərqi Avropa düzənliyi əhatə edir. Bu düzənliyin səthi bir sıra yüksəklik və ovalıqlardan ibarətdir. Şərqi Avropa düzənliyinin qərbə davamını Baltik dənizinin cənub sahilləri boyu yerləşən Orta Avropa düzənliyi təşkil edir. Skandinaviya yarımadasının şimalını eyniadlı dağlar, cənub və şərq sahələrini isə eyniadlı dağlar tutmuşdur. Britaniya və İrlandiya adaları da daxil olmaqla bu ərazilər Kaledon dövründə əmələ gəlmiş dağ və düzənliklərdən ibarətdir. Avropanın mərkəzi hissəsində orta hündürlüklü Vogez, Şvartsvald, Mərkəzi Massiv, Sudet dağları yerləşir. Cənub hissəni isə meridian istiqamətində yerləşən cavan dağ sistemləri (Alp, Karpat, Balkan, Pireney, Apennin dağları) və düzənliklər tutur. Alp dağlarındakı Monblan zirvəsi (4810 m) Avropanın ən yüksək nöqtəsi hesab olunur.

Daxili suları

Çaylar

Avropa qitəsi inkişaf etmiş çay şəbəkəsinə malikdir. Çayların ərazi üzrə paylanması qitənin iqlim şəraitindən, relyefin xarakterindən, geoloji quruluşundan bilavasitə asılıdır. Çayların qidalanmasında yağış, qar, buzlaq suları böyük rol oynayır. Hövzələrinə görə çaylar üç yerə bölünür. Avropa çaylarının çox hissəsi Atlantik okeanı hövzəsinə daxildir. Digər çaylar isə Şimal Buzlu okeanı hövzəsinə və axarsız Xəzər dənizi hövzəsinə aid edilir.

Şimal Buzlu okeanına axan çaylar əsasən qar və yağış suları ilə qidalanır, ilboyu bolsulu olurlar. Qışda onlar uzun müddət buz bağlayır, yazda isə daşırlar. Çayların çoxu qısadır, gəmiçilik üçün az yararlıdır. Lakin onların böyük hidroenerji ehtiyatları vardır. Şimal Buzlu okeanına axan çaylar içərisində böyüklüyünə görə Peçora və Şimali Dvina çaylarını qeyd etmək olar. Şərqi Avropa ərazisindən axan çaylar axarsız hövzə olan Xəzər dənizinə və Atlantik okeanı hövzəsinə aid olan Baltik, Qara və Azov dənizlərinə tökülür. Bunlardan Volqa, Dnepr, Don, Ural, Dauqava (Qərbi Dvina), Neman çaylarını göstərmək olar. Onlar öz başlanğıclarını Şərqi Avropa düzənliklərindəki yüksəkliklərdən götürürlər. Relyefin az meylli olması axının zəif və sakit olmasına, çaylarda geniş vadilərin olmasına gətirib çıxarıb.

Bu çaylar üçün qış dövründə bir neçə ay buz bağlaması, yazda daşması və yayda bir qədər dayazlaşması xarakterikdir. Bunların arasında Volqa uzunluğuna görə Avropanın ən böyük çayıdır. Onun uzunluğu 3690 kilometrdir. Qərbi Avropa ərazisindən axan çaylar öz başlanğıclarını orta və hündür dağlardan, yüksəkliklərdən götürür. Bu səbəbdən yuxarı axarda çaylar daha sürətli, düzənliklərdə isə sakit axırlar. Okeandan gələn rütubətli hava kütlələrinin təsiri ilə çox yağıntı aldıqlarından çaylar bolsuludurlar və gəmiçilik üçün daha əlverişlidirlər. Onların çoxu qış aylarında buz bağlamır. Bu ərazidən axan çayların hamısı Atlantik okeanı hövzəsinə aiddir. Onlardan Dunay, Reyn, Visla, Oder, Elba, Sena çaylarını qeyd etmək olar. Bunlar arasında Dunay Avropada ikinci ən böyük çaydır. Uzunluğu 2850 kilometrdir. Dunay səkkiz dövlətin ərazisindən keçir və onların çoxu üçün bu çay dənizə yeganə çıxış yoludur. Cənubi Avropa ərazisində Aralıq dənizinə tökülən çaylardan Roma, Po, Taho, Qvadiananı göstərmək olar. Buradakı çayların əksəriyyəti qısa, tipik dağ çayıdır, gəmiçilik üçün bir o qədər də yararlı deyildir. Lakin iqlim şəraitilə əlaqədar çayların suvarma işlərində əhəmiyyəti böyükdür.

Göllər

Avropada çoxlu göllər var və onlar qeyri-bərabər yerləşmişdir. Qitənin şimalında göllər daha çoxdur. Onlar buzlaq mənşəlidirlər. Skandinaviya, Finlandiya və Kareliyada irili-xırdalı minlərlə göl vardır (Venern, Vettern, Sayma, İnari). Burada ən böyük göl Ladoqadır. Bolsulu Neva çayı onu Baltik dənizi ilə, Svir çayı isə yaxınlıqdakı Oneqa gölü ilə birləşdirir. Ağ dəniz-Baltik kanalı bu göllərdən Şimal Buzlu okeanına, Volqa-Baltik kanalı isə Xəzər və Qara dənizlərinə getməyə imkan verir. Cənubda, Alp dağlarında da çoxlu xırda göllər var (Cenevrə, Boden, Balaton). Şərqi Avropa düzənliyinin cənub-şərqində duzlu Elton və Baskunçak göllərini də qeyd etmək olar.

Avropa ərazisində çoxlu buzlaq sahələri də vardır. İslandiya, Svalbard, Novaya Zemlya adalarında, həmçinin Alp dağlarının yüksək zirvələrində buzlaqlar çoxdur. Dağ buzlaqları bir çox çayların qidalanmasında mənbə rolunu oynayır. Bataqlıqlar da bu ərazidə geniş yer tutub. Kareliya, Finlandiya və Belarusda bataqlıqlar daha çox yayılmışdır. Rusiya, Ukraynavə Belarus ərazisində yerləşən Polesye bataqlığı geniş ərazi tutur.

Daxili suların böyük təsərrüfat əhəmiyyəti vardır. Lakin bununla belə Avropada çay və göllərin, digər su hövzələrinin həddindən artıq çirklənməsi müşahidə edilir. Bu sənaye sahələrinin inkişafı ilə əlaqədardır. Buna görə də Avropa dövlətlərində daxili su hövzələrinin mühafizə edilməsi problemi birinci dərəcəli vəzifə kimi qarşıda durur.

İqlimi

Avropanın ərazisi enlik istiqamətində, yəni şimaldan cənuba doğru böyük məsafədə yerləşmişdir. Onun cənub hissələri günəşdən daha çox istilik alır, cənubdan şimala doğru istilik miqdarı azalır. Avropa ərazisində iqlim şəraiti qərbdən şərqə doğru dəyişir. Bu hal qitənin okeana yaxın olması, hakim küləklərin və okean cərəyanlarının təsiri nəticəsində əmələ gəlmişdir. Şimali Atlantika cərəyanının Avropa sahillərinə gətirdiyi nisbətən isti suların təsiri ilə iqlimdə müəyyən yumşalmalar hiss olunur. Bu hal xüsusilə özünü Skandinaviya, Kola yarımadası və İslandiya adasının iqlimində göstərir. Atlantik okeanı üzərində formalaşan nəhəng isti və rütubətli hava kütlələri də Avropanın iqliminə böyük təsir göstərir. Avropanın ərazisi okeandan gələn qərb küləklərinin təsiri altında olur. Bu hava axınları isə İslandiya alçaq və Azor yüksək təzyiq sahələrinin təsiri altında formalaşır. Qışda Atlantik okeanı üzərindən əsən cənub-qərb küləkləri (Azor antisiklonu) özü ilə birlikdə çoxlu yağıntı gətirir və havanı yumşaldır. Yayda isə şimal-qərb küləkləri (İslandiya siklonu) bol yağıntı və sərinlik gətirir. Avropanın şimal hissələri daha çox Arktika hava kütlələrinin, Cənubi Avropa isə tropik hava kütlələrinin təsiri altında olur. Avropanın relyefi də iqlimin formalaşmasında öz təsirini göstərir. Avropada okeandan gələn dəniz mənşəli hava kütlələrinin qarşısını ala biləcək hündür dağ sistemlərinin olmaması Atlantik və Şimal Buzlu okeanlarının iqlimə təsirini daha da gücləndirir. Hündür dağlar qitənin cənub hissəsindədir. Onlar enlik istiqamətində yerləşdiklərindən okeandan gələn hava kütlələrinin qarşısında maneə rolunu oynaya bilmirlər. Hamar, düzən mərkəzi və şərq hissələr istiliyin, rütubətin daxili hissələrə keçməsi üçün bir növ dəhliz rolunu oynayır.

Temperatur və yağıntılar

Yuxarıda göstərilən amillərin təsiri ilə, Avropa ərazisində temperatur və rütubətin paylanmasında böyük fərqlər özünü göstərir. Yanvar ayının orta temperaturunu göstərən izotermlər daha çox meridian istiqamətində dəyişir və bu yalnız cənub hissədə enlik istiqamətində gedir. Atlantik okeanı və Aralıq dənizi sahillərindən +8 °C, +4 °C-lik yanvar izotermi keçir. Skandinaviya yarımadasının okean sahillərində 0 °C-lik izoterm daxili hissələrə doğru daha aşağı temperaturlarla (-8 °C, -10 °C) əvəz olunur. Şərqi Avropa düzənliyindən Ural dağlarına doğru kontinentallıq artır və daha aşağı temperatur qeydə alınır. İyul izotermləri enlik istiqamətində gedir, yalnız daxili hissələrdə bir qədər şimal-şərqə doğru əyilir. Orta iyul temperaturu ucqar şimalda +8 °C, Aralıq dənizi sahillərində +24 °C, +28 °C, Xəzər sahili ovalıqda +24 °C, Orta və Şərqi Avropada +16 °C, +20 °C-dir. Dağlıq ərazilərdə izotermlərin gedişində kəsilmələr baş verir.

Atmosfer yağıntılarının paylanması istər hava kütlələrinin, istərsə də relyef şəraitinin təsirindən daha çox asılıdır. Atlantik okeanı sahillərindən şərqə getdikcə yağıntıların illik miqdarı və onun ərazidə paylanması xeyli dəyişir. Daha çox yağıntı dəniz hava kütlələrinin yolu üzərində yerləşən sahilboyu və dağətəyi ərazilərə düşür (1000–2000 mm). Lakin daxili hissələrə doğru getdikcə okeandan gələn hava kütlələri transformasiyaya uğrayır, yəni öz rütubətini itirir və kontinetallaşır. Orta Avropa düzənliklərinin qərb hissəsinə 800–1000 mm, mərkəzinə 600 mm, qitənin şimal hissələrinə 400–500 mm, Xəzəryanı ovalığına isə 250 mm yağıntı düşür. Dağlarda yağıntıların miqdarı 1000 mm-dən artıqdır. Yağıntıların fəsillər üzrə paylanmasında da fərqlər vardır. Qərbdə, Atlantik okeanı sahillərində dəniz iqliminin təsiri ilə yağıntıların çox hissəsi payız və qış aylarında düşür. Şərqi Avropadayağıntıların çox hissəsi yay, Aralıq dənizi sahillərində isə qış aylarında düşür.

 

Tarixi

Vyana döyüşü 1683-cü il. Bu döyüş nəticəsində Avropa Osmanlı İmperiyası tərəfindən istila olunmaqdan xilas oldu

Avropanın əhəmiyyəti və mövqeyi əhalisi və fiziki coğrafiyasından deyil, sahib olduğu insan resurları və onun xüsusiyyətlərindən irəli gəlir. Yaxşı hazırlıqlı insanlardan ibarət əhali, elm və texnologiyada göstərmiş olduğu irəliləmələr sayəsində, iqtisadi istiqamətdən də inkişaf etmiş və yüksək bir həyat standartına çatmışdır. Təbii qaynaqları az olan Avropa, bu inkişafını tamamilə insan qaynağının yüksək xüsusiyyətlərinə və müstəmləkəçilik sisteminin nemətlərinə borcludur. İndiki vaxtda dünyanın ən böyük güc mərkəzi olan ABŞ-ın xalqı da çox böyük nisbətdə Avropa mənşəlidir. Ayrıca elmi və texnoloji inkişafların bir çoxu avropalılar tərəfindən reallaşdırılmışdır. Avropa ölkələrinin hər istiqamətdən birləşməsini məqsəd qoyan və bu yolda əhəmiyyətli mərhələlər reallaşdıran Avropa Birliyi, Avropanın yer üzündəki gücünü və əhəmiyyətini daha da artırmaqdadır. Avropa Bayrağı, Avropa Birliyi tərəfindən də istifadə edilir

Soyuq müharibənin sonu, 1990-cı ilə qədər Avropada bir-birindən fərqli siyasi – iqtisadi sistemlər mövcud idi. Bunlardan biri, indi də mövcud olan plürialist demokratik sistem və sərbəst bazar iqtisadiyyatını tətbiq edən Qərb Bloku, digəri isə kommunist ideologiyalı tək partiyalı sosialist sistemi (bax Varşava Müqaviləsi) idi. Ancaq sosialist sisteminin lideri olan SSRİ-nin iqtisadi və siyasi sisteminin zəifləməsi ilə blok çökdü. Köhnə sosialist bloku ölkələri, iqtisadi və siyasi sistem olaraq Qərb blokuna yaxınlaşma yolunda ciddi addım atmağa başladılar. Çoxpartiyalı demokratik sistemə və sərbəst bazar iqtisadiyyatına keçid həmin ölkələrin iqtisadiyyatına ciddi təsir etməyə başladı. Üzvlük və inteqrasiya ilə bağlı Avropa Birliyinə edilən müraciətlər müsbət qarşılandı və onlarla AB arasında ciddi inteqrasiya prosesi başlandı. Həmin ölkələrin böyük bir hissəsi Qərbi Avropanın hərbi təşkilatı olan NATO-ya daxil olmuş və beynəlxalq təhlükəsizliyin təminatında iştirak etməyə başladılar. Bununla da Avropada 1990-cu ilin əvvəlindəki hərbi, iqtisadi və siyasi qütbləşmə ideoloji əhəmiyyətini itirmişdir.

 

XIX əsrin sonlarında Avropada vəziyyət

Vyana sistemi XIX əsrin ortalarında, 1870-ci illərin əvvəllərində dağılmağa başladı. Avropada bir-birinə düşmən olan iki hərbi-siyasi blok formalaşmağa başladı. Nəhayət, 1907-ci ildə formalaşdılar. Onların qarşıdurması nəticədə Birinci Dünya Müharibəsinin başlamasına gətirib çıxardı. Dövrün xarici siyasət tarixində ən çox olan əsas faktlar, İtaliya və Almaniya birləşməsi ilə bağlı diplomatik və hərbi hadisələr idi. Birinci məsələ italiyalıların özləri ilə yanaşı, Fransa birbaşa maraqlandı və İtaliyaya ikiqat yardım göstərdi. İtaliya 1815-ci ildən bəri Venesiya Krallığı olan Lombarda adlanan iki vilayətdən məhrum olan Avstriya idi. Digər bir məsələdə Almaniya, Avstriya və Prussiya birləşdirən orta və kiçik dövlətlərdən başqa, bu əraziləri itirmiş Danimarkadan şlezviq və Holşteyn və Prussiya qazanmasına qarşı çıxan Fransanı yenidən götürərək maraqlandı. On iki il ərzində dörd müharibə baş verdi:

  1. İtaliya 1859, Fransa və Sardiniya bir tərəfdə, Avstriya isə digər tərəfdən idi;
  2. Avstriya və Prussiyanın kiçik Danimarkaya hücum etdiyi Danimarka 1864;
  3. Avstriya-Prussiya 1866 və eyni zamanda Avstriya-İtalyan,
  4. Fransız-Alman 1870-1871.

Bu müharibə dövrü nisbətən qısa müddət ərzində Vyana Konqresi ilə dünya müharibəsinin başlaması arasında Qərbdə təxminən bir yüz illik beynəlxalq sülh dövrünü kəsdi. Avropanın şərq yarısında, 1856-cı ildə başlayan Rusiya ilə Türkiyə arasındakı sülh prosesi yalnız 1877-7878-ci illərdə qırıldı, lakin keçmişin sonunda və bu əsrin əvvəllərində Balkan yarımadasında yerli kiçik dövlətlər arasında müharibələr baş verdi və Avropanın qalan hissəsinə yayıldı.Vyana konqresindən 1914-1918-ci illərə qədər müharibənin başlanğıcına qədər keçən əsr əvvəlki əsrlərə nisbətən misilsiz uzun bir sülh zamanıdır, həm böyük, həm də kiçik dövlətlərin silahlanması XIX əsrin ikinci yarısında olduğu kimi bu cür böyük nisbətlərə çatmamışdır. XIX əsrin ikinci yarısında militarist siyasətə başlayan ikinci imperiyanın bərpası militarizmin inkişafının təməlini qoydu. Tarix və tarixin İtaliya və Almaniya birləşməsinə gətirdiyi sualları nəzərə alaraq, kiçik Sardunya krallığının intensiv silahlanmağa başladığı, eləcə də Türkiyənin, Fransa və İngiltərənin Rusiyaya qarşı müharibəsində iştirak etdiyinə baxmayaraq illər keçdi. 60-cı illərin əvvəllərində Prussiya öz hərbi gücünü gücləndirdi və özünü hegemoniya altında Almaniyanı birləşdirmək tapşırığı qarşısına məqsəd qoydu. Bu, hökumətlə Silahlar üzərində böyük məbləğlər sərf etmək istəməyən Deputatlar Palatası arasında daxili bir qarşıdurma yaratdı. 1859-1871-ci illərdəki müharibələr yalnız militarizmin inkişafına kömək etdi. Birləşmiş İtaliya və xüsusilə Almaniyanı ehtimal olunan hücumlardan, digər dövlətlərdən, təcavüzkar dizaynların təsbit edildiyi yeni imperiyanın tərəflərindən mümkün hücumlardan qoruya bilməsi üçün satınalmalarını qorumaq lazım idi. Bütün bunlar silahlı dünyanın atmosferini yaratmışdır, bunun üçün beynəlxalq alyansların yaradıldığı qorunması üçün, öz növbəsində öz rəqiblərindən daha yaxşı silahlı olmaq lazım olduğunu düşünürdü. Dövrün sonunda, dəniz silahları, xüsusilə Avropa maraqlarına rəqabət qeyri-Avropa, müstəmləkəçi və dünya maraqları arasında rəqabətə yayıldığı zaman torpaq silahlarına (militarizm marinizmə mürəkkəbləşmişdi) qatıldı. Bu vəziyyət həmçinin, Avropa qüvvələrinin dünya imperializasiyasının xarici siyasətdə başlamış digər səbəblərdən ötəri Avropanın güclünü tamamilə dəyişdirən, Avstriyanın Prussiya və İtaliya müttəfiqləri ilə birlikdə 1866-cı ildə müharibə etdiyi böyük rol oynayaraq xüsusi diqqətə layiqdir və Rusiya, eləcə də ellilərin, Fransa və İngiltərənin müxalifləri ilə müttəfiqdir.

 

Avropa dövlətlərinin beynəlxalq münasibətləri

Krım müharibəsi 1853-cü ildə başlamışdır.Britaniya, Fransa və Osmanlının Rusiyaya qarşı apardığı müharibə üçlüyün qələbəsilə başa çatır. 1856-cı ildə imzalanan Paris müqaviləsilə cənubi Bessarabiya və Dunayın mənsəbi Osmanlıya keçir, Qara Dəniz neytral hövzə elan olunur. 1877-1878ci illər müharibəsi Rusiya güclü millətçilik dalğasının qalxdığı Balkan dövlətlərinin tərəfindən Osmanlı ilə müharibəyə girişir. Plevna yaxınlığında Osman paşanın ordusu təslim olandan sonra rusların Konstantinopola yolu açılır. Bu, boğazları ələ keçirmək üçün real şans idi, amma Avropa dövlətlərinin təpkisindən qorxan Rusiya buna getmir. Müharibəyə nöqtə qoyan Berlin müqaviləsilə cənubi Bessarabiya, Qars, Ərdəhan, Batum Rusiyaya keçir; Serbiya, Çernoqoriya və Rumıniyanın ərazisi böyüdülür, Bosniya və Herseqovina isə Avstriya-Macarıstan imperiyasına birləşdirlir.1871-ci ilin yanvarın 18-də Versal Sarayında Almaniya İmperiyasının qurulduğu elan olunur. İlk kansler Otto fon Bismark olur. Beləliklə bütün alman dövlətləri (Avstriya istisna olmaqla) vahid dövlətdə birləşdilər. İmperiyanın paytaxtı Berlin şəhəri elan olunur. Getdikcə güclənən Alman İmperiyası artıq 1884-cü ildən etibarən müstəmləkə işğalına başladı. Imperator I Vilhelmin (1871-1888) dövründə Almaniya özünə müttəfiqlər axtararaq Fransanı izolyasiya etmək siyasətini yeritməyə başladı. Lakin ondan sonra hakimiyyətə gələn II Vilhelm (1888-1918) daha çox imperialist siyasət yürütməyə başladı, bu isə Almaniyanın özünə çoxlu sayda düşmənlər qazanmasına gətirib çıxardı. Ölkənin əvvəllər qazandığı müttəfiqlər itirildi, Fransa isə Antanta dövlətləri və Rusiya ilə yaxınlaşmağa başladı. Almaniya özünə etnik cəhətdən yaxın olan Avstriya-Macarıstan İmperiyası ilə olan müttəfiqliyi istisna olmaqla təcrid olunmuş vəziyyətə düşdü. Alman imperializmi Avropanın sərhədlərini aşdı və Almaniya Afrikada müstəmləkələr əldə etmək uğrunda digər Avropa dövlətləri ilə yarışmağa başladı. 1884-cü ildə Otto fon Bismarkın təşkilatçılığı ilə keçirilən Berlin konfransında Avropanın hegemon dövlətləri tərəfindən Afrika qitəsinin işğalı və müstəmləkəyə çevrilməsi geniş müzakirə olundu. Almaniya Şərqi və Cənub-Qərbi Afrikada, Toqo və Kamerundabir sıra əraziləri ələ keçirərək öz müstəmləkəsinə çevirdi. Afrikanın bölüşdürülməsi uğrundə mübarizə Avropa dövlətləri arasında gərginlik yaradırdı və bu Birinci dünya müharibəsinin əsas səbəblərindən biri oldu. 28 İyun 1914-cü ildə Avstriya-Macarıstan ordusunun baş komandanı, vəliəhd Frans Ferdinand serbiyalı terrorçu tərəfindən öldürüldü. Bunun nəticəsi olaraq Avstriya-Macarıstan Serbiyayamüharibə elan etdi və bu Birinci dünya müharibəsinin başlanğıcı oldu. Bu müharibədə Almaniya, Avstriya-Macarıstan, Osmanlı İmperiyası və Bolqarıstan bir cəbhədə iştirak edirdi. Müharibə bu dövlətlərin məğlubiyyəti ilə nəticələndi. Dünya tarixində o vaxta qədər baş vermiş ən qanlı müharibədə 2 milyondan çox alman əsgəri öldürüldü.1918-ci ildə Almaniyada monarxiya devrildi, ölkədə respublika hakimiyyəti qururldu. Yeni hökumət tələm-tələsik təslimçi sülh müqaviləsini imzaladı. 1919-cu ilin İyun ayında imzalanan və Versal müqaviləsi adlanan bu razılaşmaya əsasən Almaniya böyük torpaqlar itirdi, həmçinin ölkə çox böyük təzminat ödəməyə məhkum edildi. Almaniya həmin təzminatı tam olaraq yalnız 2010-cu ildə ödəyib bitirdi. Razılaşma Almaniyada "Müharibənin alçaldılmış formada davamı" kimi adlandırıldı. Versal müqaviləsindəki ağır şərtlər Almaniyada milliyətçiliyin artmasına və sonradan İkinci dünya müharibəsinə gətirib çıxardı. Prussiyanın hakim dairələri Fransanı talan etmək, onun Elzas və Lotaringiya kimi zəngin ərazilərini ələ keçirmək məqsədilə müharibəni davam etdirirdilər. 1871-ci il yanvarın 18-də Versalda Almaniya imperiya elan edildi. Fevralda Fransa ilə sülh müqaviləsi imzalandı. müqaviləyə görə, Almaniya Elzas və Lotaringiyanı ələ keçirdi. Fransa beş milyard frank təzminat verməli, həm də ödənişin başa çatmasına qədər əzazisinin xeyli hissəsi alman qoşunlarının nəzarəti altında qalmalı idi. 1871-ci ilin martında baş vermiş üsyan nəticəsində Fransa tarixində çox faciəli rol oynamış Paris kommunası hakimiyyəti meydana çıxmışdı (1871-26 mart-28 may). Fransa hakim dairələri müharibədə itirdiklərinin əvəzini müstəmləkələri genişləndirməklə doldurmağa cəht edir və Almaniyaya qarşı qisasçılıq siyasəti yeridirdilər. Dünyanın bölüşdürülməsində Almaniyanın əsas rəqibi İngiltərə olduğundan, Fransa İngiltərə ilə yaxınlaşmağa və Afrikada İngiltərəyə güzəştə getməyə məcbur olmuşdu. Bununla da o, İngiltərənin şəxsində Almaniyaya qarşı müttəfiq əldə etmişdi.Fransanın iqtisadiyyatında başlanan əvvəlki inkişaf meylləri xx əsrin əvvəllərində də davam etməkdə idi. Ölkədə yeni sənaye sahələri- avtomobil, kimya, gəmiqayırma sənayesi inkişaf edir, elektrik enerjisi istehsalı artırdı. Avtomobil istehsalı və aviasiyanın inkişafına görə Fransa Avropada birinci yerdə idi. Fransa iqtisadiyyatında inhisarlar həlledici rol oynayırdı. Istehsalın təmərküzləşməsi səviyyəsinə görə də Fransa ABŞ, Almaniya və İngiltərədən geri qalırdı. Fransada sənaye və kənd təsərrüfatı ləng inkişaf etsə də, bank kapitalı sürətlə artırdı. 1866-cı ildə Londonda keçirilən izdihamlı nümayiş nəticəsində fəhlələr sərbəst toplaşmaq hüququ əldə etdilər. 1867-ci ildə parlament islahatı keçirildi. Şəhərdə öz evi olan və ya ayrıca mənzil kirayə edən bütün kişilər səsvermə hüququ əldə etdilər. Kənddə isə ildə 12 funt-sterlinqdən az olmayaraq icarə haqqı ödəyə bilən icarədarlara da bu hüquq verildi. Beləliklə, xırda burjiaziyadan əlavə, fəhlələrin yuxarı təbəqələri də səs hüququ aldılar. Böyük Btitaniyanın müstəmləkə işğalları davam edirdi. Avstraliya kəşf edildikdən sonra burada bir sıra ingilis məskənləri salınmışdı. 1851-ci ildə Avstraliyada qızıl mədənləri kəşf edildi. Bütün ölkələrdən, xüsusən İngiltərədən qızıl hərisləri bu qitəyə axışırdı. 1867-ci ildə hökumət Kanadaya dominion (ingiliscə-özünüidarə hüququ alan ölkə) hüququverməyə məcbur oldu. Kanada vətəndaşları Böyük Britaniyanın təbəəsi sayılırdılar. Parlametin qəbul etdiyi qanunlar ingilis general-qubernatoru tərəfindən təsdiq olunmalı idi. Kanada xarici dövlətlərlə diplomatik əlaqə yarada bilməzdi. Kanada özünüidarə hüququ alsa da, istiqlaliyyət qazana bilmədi.xx əsrin əvvəllərində İngiltərənin siyasi quruluşu əvvəldə olduğu kimi, parlamentli monarxiya olaraq qalırdı. Siyasi həyatda iki partiya-Liberallar və Mühafizəkarlar partiyaları hökmranlıq edirdilər. Hər iki partiyanın özəyini iri burjiaziya təşkil edirdi. xx əsrin əvvəllərində Mühafizəkarlar partiyası sıralarındakı ixtilaflardan istifadə edən liberallar seçkilərdə qalib gəldilər. Liberalların təşkil etdikləri hökumətlərdə böyük nüfuza malik olan D.Lloyd Corc mühüm rol oynayırdı.

 

Avropada siyasət

Vyana sistemi XIX əsrin ortalarında, 1870-ci illərin əvvəllərində dağılmağa başladı. Avropada bir-birinə düşmən olan iki hərbi-siyasi blok formalaşmağa başladı. Nəhayət, 1907-ci ildə formalaşdılar. Onların qarşıdurması nəticədə Birinci Dünya Müharibəsinin başlamasına gətirib çıxardı. Dövrün xarici siyasət tarixində ən çox olan əsas faktlar, İtaliya və Almaniya birləşməsi ilə bağlı diplomatik və hərbi hadisələr idi. Birinci məsələ italiyalıların özləri ilə yanaşı, Fransa birbaşa maraqlandı və İtaliyaya ikiqat yardım göstərdi. İtaliya 1815-ci ildən bəri Venesiya Krallığı olan Lombarda adlanan iki vilayətdən məhrum olan Avstriya idi. Digər bir məsələdə Almaniya, Avstriya və Prussiya birləşdirən orta və kiçik dövlətlərdən başqa, bu əraziləri itirmiş Danimarkadan şlezviq və Holşteyn və Prussiya qazanmasına qarşı çıxan Fransanı yenidən götürərək maraqlandı. On iki il ərzində dörd müharibə baş verdi.Bu müharibə dövrü nisbətən qısa müddət ərzində Vyana Konqresi ilə dünya müharibəsinin başlaması arasında Qərbdə təxminən bir yüz illik beynəlxalq sülh dövrünü kəsdi. Avropanın şərq yarısında, 1856-cı ildə başlayan Rusiya ilə Türkiyə arasındakı sülh prosesi yalnız 1877-7878-ci illərdə qırıldı, lakin keçmişin sonunda və bu əsrin əvvəllərində Balkan yarımadasında yerli kiçik dövlətlər arasında müharibələr baş verdi və Avropanın qalan hissəsinə yayıldı.Vyana konqresindən 1914-1918-ci illərə qədər müharibənin başlanğıcına qədər keçən əsr əvvəlki əsrlərə nisbətən misilsiz uzun bir sülh zamanıdır, həm böyük, həm də kiçik dövlətlərin silahlanması XIX əsrin ikinci yarısında olduğu kimi bu cür böyük nisbətlərə çatmamışdır. XIX əsrin ikinci yarısında militarist siyasətə başlayan ikinci imperiyanın bərpası militarizmin inkişafının təməlini qoydu. Tarix və tarixin İtaliya və Almaniya birləşməsinə gətirdiyi sualları nəzərə alaraq, kiçik Sardunya krallığının intensiv silahlanmağa başladığı, eləcə də Türkiyənin, Fransa və İngiltərənin Rusiyaya qarşı müharibəsində iştirak etdiyinə baxmayaraq illər keçdi. 60-cı illərin əvvəllərində Prussiya öz hərbi gücünü gücləndirdi və özünü hegemoniya altında Almaniyanı birləşdirmək tapşırığı qarşısına məqsəd qoydu. Bu, hökumətlə Silahlar üzərində böyük məbləğlər sərf etmək istəməyən Deputatlar Palatası arasında daxili bir qarşıdurma yaratdı. 1859-1871-ci illərdəki müharibələr yalnız militarizmin inkişafına kömək etdi.Krım müharibəsi 1853-cü ildə başlamışdır.Britaniya, Fransa və Osmanlının Rusiyaya qarşı apardığı müharibə üçlüyün qələbəsilə başa çatır.[1: səh 201.] 1856-cı ildə imzalanan Paris müqaviləsilə cənubi Bessarabiya və Dunayın mənsəbi Osmanlıya keçir, Qara Dəniz neytral hövzə elan olunur. 1877-1878ci illər müharibəsi Rusiya güclü millətçilik dalğasının qalxdığı Balkan dövlətlərinin tərəfindən Osmanlı ilə müharibəyə girişir. Plevna yaxınlığında Osman paşanın ordusu təslim olandan sonra rusların Konstantinopola yolu açılır. Bu, boğazları ələ keçirmək üçün real şans idi, amma Avropa dövlətlərinin təpkisindən qorxan Rusiya buna getmir. Müharibəyə nöqtə qoyan Berlin müqaviləsilə cənubi Bessarabiya, Qars, Ərdəhan, Batum Rusiyaya keçir; Serbiya, Çernoqoriya və Rumıniyanın ərazisi böyüdülür, Bosniya və Herseqovina isə Avstriya-Macarıstan imperiyasına birləşdirlir.1871-ci ilin yanvarın 18-də Versal Sarayında Almaniya İmperiyasının qurulduğu elan olunur. İlk kansler Otto fon Bismark olur. Beləliklə bütün alman dövlətləri (Avstriya istisna olmaqla) vahid dövlətdə birləşdilər. İmperiyanın paytaxtı Berlin şəhəri elan olunur. Getdikcə güclənən Alman İmperiyası artıq 1884-cü ildən etibarən müstəmləkə işğalına başladı. Imperator I Vilhelmin (1871-1888) dövründə Almaniya özünə müttəfiqlər axtararaq Fransanı izolyasiya etmək siyasətini yeritməyə başladı. Lakin ondan sonra hakimiyyətə gələn II Vilhelm (1888-1918) daha çox imperialist siyasət yürütməyə başladı, bu isə Almaniyanın özünə çoxlu sayda düşmənlər qazanmasına gətirib çıxardı. Ölkənin əvvəllər qazandığı müttəfiqlər itirildi, Fransa isə Antanta dövlətləri və Rusiya ilə yaxınlaşmağa başladı. Almaniya özünə etnik cəhətdən yaxın olan Avstriya-Macarıstan İmperiyası ilə olan müttəfiqliyi istisna olmaqla təcrid olunmuş vəziyyətə düşdü. Alman imperializmi Avropanın sərhədlərini aşdı və Almaniya Afrikada müstəmləkələr əldə etmək uğrunda digər Avropa dövlətləri ilə yarışmağa başladı. 1884-cü ildə Otto fon Bismarkın təşkilatçılığı ilə keçirilən Berlin konfransında Avropanın hegemon dövlətləri tərəfindən Afrika qitəsinin işğalı və müstəmləkəyə çevrilməsi geniş müzakirə olundu. Almaniya Şərqi və Cənub-Qərbi Afrikada, Toqo və Kamerundabir sıra əraziləri ələ keçirərək öz müstəmləkəsinə çevirdi. Afrikanın bölüşdürülməsi uğrundə mübarizə Avropa dövlətləri arasında gərginlik yaradırdı və bu Birinci dünya müharibəsinin əsas səbəblərindən biri oldu. 28 İyun 1914-cü ildə Avstriya-Macarıstan ordusunun baş komandanı, vəliəhd Frans Ferdinand serbiyalı terrorçu tərəfindən öldürüldü. Bunun nəticəsi olaraq Avstriya-Macarıstan Serbiyayamüharibə elan etdi və bu Birinci dünya müharibəsinin başlanğıcı oldu. Bu müharibədə Almaniya, Avstriya-Macarıstan, Osmanlı İmperiyası və Bolqarıstan bir cəbhədə iştirak edirdi.[2:səh 120.] Müharibə bu dövlətlərin məğlubiyyəti ilə nəticələndi. Dünya tarixində o vaxta qədər baş vermiş ən qanlı müharibədə 2 milyondan çox alman əsgəri öldürüldü.1918-ci ildə Almaniyada monarxiya devrildi, ölkədə respublika hakimiyyəti qururldu. Yeni hökumət tələm-tələsik təslimçi sülh müqaviləsini imzaladı.

 

Beynəlxalq münasibətlər

Birləşmiş İtaliya və xüsusilə Almaniyanı ehtimal olunan hücumlardan, digər dövlətlərdən, təcavüzkar dizaynların təsbit edildiyi yeni imperiyanın tərəflərindən mümkün hücumlardan qoruya bilməsi üçün satınalmalarını qorumaq lazım idi. Bütün bunlar silahlı dünyanın atmosferini yaratmışdır, bunun üçün beynəlxalq alyansların yaradıldığı qorunması üçün, öz növbəsində öz rəqiblərindən daha yaxşı silahlı olmaq lazım olduğunu düşünürdü.[3:səh 163.] Dövrün sonunda, dəniz silahları, xüsusilə Avropa maraqlarına rəqabət qeyri-Avropa, müstəmləkəçi və dünya maraqları arasında rəqabətə yayıldığı zaman torpaq silahlarına (militarizm marinizmə mürəkkəbləşmişdi) qatıldı. Bu vəziyyət həmçinin, Avropa qüvvələrinin dünya imperializasiyasının xarici siyasətdə başlamış digər səbəblərdən ötəri Avropanın güclünü tamamilə dəyişdirən, Avstriyanın Prussiya və İtaliya müttəfiqləri ilə birlikdə 1866-cı ildə müharibə etdiyi böyük rol oynayaraq xüsusi diqqətə layiqdir və Rusiya, eləcə də ellilərin, Fransa və İngiltərənin müxalifləri ilə müttəfiqdir. Prussiyanın hakim dairələri Fransanı talan etmək, onun Elzas və Lotaringiya kimi zəngin ərazilərini ələ keçirmək məqsədilə müharibəni davam etdirirdilər. 1871-ci il yanvarın 18-də Versalda Almaniya imperiya elan edildi.[4: səh 122.]Fevralda Fransa ilə sülh müqaviləsi imzalandı. müqaviləyə görə, Almaniya Elzas və Lotaringiyanı ələ keçirdi. Fransa beş milyard frank təzminat verməli, həm də ödənişin başa çatmasına qədər əzazisinin xeyli hissəsi alman qoşunlarının nəzarəti altında qalmalı idi. 1871-ci ilin martında baş vermiş üsyan nəticəsində Fransa tarixində çox faciəli rol oynamış Paris kommunası hakimiyyəti meydana çıxmışdı (1871-26 mart-28 may). Fransa hakim dairələri müharibədə itirdiklərinin əvəzini müstəmləkələri genişləndirməklə doldurmağa cəht edir və Almaniyaya qarşı qisasçılıq siyasəti yeridirdilər. Dünyanın bölüşdürülməsində Almaniyanın əsas rəqibi İngiltərə olduğundan, Fransa İngiltərə ilə yaxınlaşmağa və Afrikada İngiltərəyə güzəştə getməyə məcbur olmuşdu. Bununla da o, İngiltərənin şəxsində Almaniyaya qarşı müttəfiq əldə etmişdi.Fransanın iqtisadiyyatında başlanan əvvəlki inkişaf meylləri xx əsrin əvvəllərində də davam etməkdə idi. Ölkədə yeni sənaye sahələri- avtomobil, kimya, gəmiqayırma sənayesi inkişaf edir, elektrik enerjisi istehsalı artırdı. Avtomobil istehsalı və aviasiyanın inkişafına görə Fransa Avropada birinci yerdə idi. Fransa iqtisadiyyatında inhisarlar həlledici rol oynayırdı. Istehsalın təmərküzləşməsi səviyyəsinə görə də Fransa ABŞ, Almaniya və İngiltərədən geri qalırdı. Fransada sənaye və kənd təsərrüfatı ləng inkişaf etsə də, bank kapitalı sürətlə artırdı.1919-cu ilin İyun ayında imzalanan və Versal müqaviləsi adlanan bu razılaşmaya əsasən Almaniya böyük torpaqlar itirdi, həmçinin ölkə çox böyük təzminat ödəməyə məhkum edildi. Almaniya həmin təzminatı tam olaraq yalnız 2010-cu ildə ödəyib bitirdi. Razılaşma Almaniyada "Müharibənin alçaldılmış formada davamı" kimi adlandırıldı. Versal müqaviləsindəki ağır şərtlər Almaniyada milliyətçiliyin artmasına və sonradan İkinci dünya müharibəsinə gətirib çıxardı.

 

Mifologiya

Əfsanələrdən birinə görə, Avropa Finike kralı Agenar ilə Telepassanın qızının adıdır. Öküz şəklinə girən Zevs tərəfindən İdaya qaçırılmışdır. Zevsdən Minos, Sarppedon və Radamant adlı üç övladı olmuşdur. Adı bir yarımadaya verilmişdir.

Həmişə böyük krallıq və imperatorluqlara beşik olmuş bu yarımada, sənaye inqilabından sonra digər qitələrə nisbətən daha sürətlə bütün sahələrdə daha çox inkişaf etmişdir.

 

Avropada dövlətlər

     Avropa, ümumi anlayışda     Bir hissəsi Avropa və digər hissəsi Asiyada olan ölkələr     Asiyada olan, amma tarixi və mədəni baxımdan Avropalı sayılan

Ölkə adı

Ərazisi
(km²)

Əhali

Əhalinin sıxlığı
(nəfər/km²)

Paytaxtı

 Albaniya

28.748

3.600.523

125,2

Tirana

 Almaniya

357.021

83.251.851

233,2

Berlin

 Andorra

468

68.403

146,2

Andorra la Vella

 Avstriya

83.858

8.169.929

97,4

Vyana

Azərbaycan

86.600

9.494.000

97

Bakı

 Belarus

207.600

10.335.382

49,8

Minsk

 Belçika

30.510

10.274.595

336.8

Brüssel

 Bosniya və Herseqovina

51.129

4.448.500

77,5

Sarayevo

 Bolqarıstan

110.910

7.621.337

68,7

Sofiya

 Böyük Britaniya

244.820

61.100.835

244,2

London

 Çexiya

78.866

10.256.760

130,1

Praqa

Monteneqro

13.812

616.258

44,6

Podqoritsa

 Danimarka

43.094

5.368.854

124,6

Kopenhagen

 Ermənistan

29.800

3.229.900

101

İrəvan

 Estoniya

45.226

1.415.681

31,3

Tallin

 Finlandiya

336.593

5.157.537

15,3

Helsinki

 Fransa

547.030

59.765.983

109,3

Paris

 Gürcüstan

69.700

4.661.473

64

Tbilisi

 Xorvatiya

56.542

4.437.460

77,7

Zaqreb

 İslandiya

103.000

307.261

2,7

Reykyavik

 İrlandiya

70.280

4.234.925

60,3

Dublin

 İspaniya

504.851

45.061.274

89,3

Madrid

 İsveç

449.964

9.090.113

19,7

Stokholm

 İsveçrə

41.290

7.507.000

176,8

Bern

 İtaliya

301.230

58.751.711

191,6

Roma

 Kipr

9.251

788.457

85

Nikosiya

 Kosovo

10.887

1.804.838

220

Priştina

 Qazaxıstan

2.724.900

15.217.711

5,6

Astana

 Latviya

64.589

2.366.515

36.6

Riqa

 Lixtenşteyn

160

32.842

205,3

Vaduts

 Litva

65.200

3.601.138

55,2

Vilnyus

Lüksemburq

2.586

448.569

173.5

Lüksemburq

 Macarıstan

93.030

10.075.034

108,3

Budapeşt

 Şimali Makedoniya

25.713

2.054.800

81,1

Skopye

 Malta

316

397.499

1.257,9

Valletta

 Moldova

33.843

4.434.547

131

Kişinyov

 Monako

1,95

31.987

16.403,6

Monako

 Niderland

41.526

16.318.199

393

Amsterdam

 Norveç

324.220

4.525.116

14

Oslo

 Polşa

312.685

38.625.478

123,5

Varşava

 Portuqaliya

91.568

10.409.995

110,1

Lissabon

 Rumıniya

238.391

21.698.181

91

Buxarest

 Rusiya

17.075.400

142.200.000

26,8

Moskva

 San-Marino

61

27.730

454,6

San Marino

 Serbiya

88.361

7.495.742

89,4

Belqrad

 Slovakiya

48.845

5.422.366

111

Bratislava

 Sloveniya

20.273

1.932.917

95,3

Lyublyana

 Türkiyə

783.562

71.517.100

93

Ankara

 Ukrayna

603.700

48.396.470

80,2

Kiyev

 Vatikan

0,44

900

2.045,5

Vatikan

 Yunanıstan

131.940

10.645.343

80,7

Afina

Cəmi

10.180.000

731.000.000

70

 

Əhalisi

Sahəsinin kiçik olmasına baxmayaraq Avropa ərazisi qədim dövrlərdən insanlar tərəfindən daha çox məskunlaşmışdır. Əhalisinin sayına görə yalnız Asiya qitəsindən geri qalır. Avropada 710 milyon nəfər əhali yaşayır ki, bu da Yer kürəsi əhalisinin 18% təşkil edir. Avropa dünyada insanların ən sıx məskunlaşdığı ərazilərdən biridir. Bu, bir sıra təbii, siyasi və iqtisadi amillərlə bağlıdır. Lakin əhali hər yerdə eyni dərəcədə sıx məskunlaşmamışdır. Atlantik okeanı sahillərində, mühüm sənaye rayonlarında (Rur, Sileziya, Donbas), iri şəhər və paytaxtlarda, çay və nəqliyyat yolları boyunca əhali daha sıx yerləşib. 60 dərəcə şimal enliklərindən şimalda olan soyuq ərazilərdə daha az əhali məskunlaşmışdır. Alp və Balkan dağlarının hündür sahələrində, Xəzəryanı ovalıqda əhali nisbətən daha seyrəkdir. Avropa əhalisi üçün digər mühüm xüsusiyyət şəhər əhalisinin daha çox olmasıdır.

 

Etnik tərkibi

Avropa xalqları dünya mədəniyyətinə, elm və texnikanın inkişafına mühüm töhfələr vermiş, bir çox ərazilərə təsir göstərmişlər. Müasir Avropa millətləri uzun sürən tarixi inkişafın, müxtəlif etnik və antropoloji qrupların qarşılıqlı əlaqəsi nəticəsində yaranmışdır. Avropalılar avropoid irqinə aiddirlər. Burada german, roman, türk, slavyan və başqa dil qruplarına aid xalqlar yaşayırlar. German xalqlarına almanlar, hollandlar, ingilislər, isveçlilər, norveçlilər, islandlar aiddirlər. Bu xalqlar Avropanın şimal-qərb və mərkəzi hissələrində məskunlaşıblar. Roman dil qrupuna aid olan xalqlar latın diliəsasında formalaşmış dildə danışırlar. Bu qrupa italyanlar, fransızlar, portuqaliyalılar, ispanlar, rumınlar və başqa xalqlar aiddirlər. Roman dil qrupuna aid olan xalqlar Avropanın qərb, cənub və cənub-qərbi hissələrində məskunlaşıblar. Avropada türk dili qrupuna aid olan xalqlar da yaşayır, onlara tatarlar, türklər, başqırdlar, çuvaşlar, qaqauzlar aiddir. Türkdilli xalqlar əsasən Avropanın şərqi və cənubunda yaşayırlar. Avropada həmçinin digər dil qruplarına aid olan çoxlu xalqlar yaşayır, bunlara latışlar, litvalılar, estonlar, basklar, finlər, macarlar, yunanlar, albanlar və digər xalqları misal göstərə bilərik.

 

Avropada din

Avropa xalqlarının sitayiş etdiyi hakim din xristianlıqdır. Xristian dininin 3 əsas qolu vardır. Bunlar katolik, protestant və pravoslavlardır. Roma şəhərindəki Vatikan kilsəsində bütün katoliklərin mərkəzi kilsəsi yerləşir. Bu kilsəyə Roma papası başçılıq edir. Vatikanın və onun başçısı Roma papasının tarixən dünyanın siyasi və iqtisadi həyatına təsiri böyük olmuşdur. Lakin son illərdə Avropada bir çox xristianlar öz dinlərini tərk edərək ateizmə keçməyə başlayıblar. Avropada islam dininə etiqad edən müsəlmanlar da çoxdur. İslam dini vaxtilə Ərəb və Osmanlı imperiyalarının Avropaya zəfər yürüşləri nəticəsində yayılmışdır.

 

İqtisadiyyatı

Faydalı qazıntılar

Avropa ərazisi yanacaq, filiz və qeyri-filiz mənşəli faydalı qazıntılarla zəngindir. Yanacaq faydalı qazıntıları çökmə mənşəlidir. Onların yataqları qədim bünövrənin çökəkliklərində, dağlararası əyilmə zonalarında yerləşmişdir. Dünyanın bir sıra mühüm kömür hövzələri Avropa ərazisindədir (Donetsk, Peçora, Rur, Saar, Yuxarı Sileziya). Neftin əsas yataqları Volqaboyunda, Karpatda, Orta Dunay ovalığında, Balkan yarımadasında və Şimal dənizindədir. Faydalı qazıntılar içərisində dəmir filizi yataqları xüsusilə böyük əhəmiyyətə malikdir. Rusiyadakı Kursk maqnit anomaliyası (KMA) dünyanın ən böyük dəmir filizi yataqlarından biridir. Şərqi Avropa düzənliyi, Skandinaviya yarımadası, Alp dağları, orta hündürlüklü qədim dağlar sahəsində də bir sıra dəmir filizi yataqları vardır. Avropada həmçinin boksit, mis, sink, qurğuşun, kobalt, molibden, volfram, xrom, civə, uran kimi əlvan və qiymətli metal filizlərinə də rast gəlinir. Qeyri-filiz yataqları içərisində neft, təbii qaz, daş kömürdən başqa çöküntü mənşəli müxtəlif duzlar olan kalium, daşduz yataqları qeyd oluna bilər. Həmçinin qiymətli tikinti materiallarının bol olmasını (mərmər, qranit, kvars) da göstərmək lazımdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Avropa ərazisi bir çox faydalı qazıntılarla tam təmin olunmamışdır. Əksər faydalı qazıntılar da onun müasir tələbatını tam ödəyə bilmir. Odur ki, Avropa dövlətlərinin çoxu digər materiklərdən bura bir sıra faydalı qazıntılar gətirirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR