Slimfit
  1. İDMAN

Avropa çempionu: 'Eyni uğurun təkrarının ayrı ləzzəti var'

Avropa çempionu: 'Eyni uğurun təkrarının ayrı ləzzəti var'
Sakura

Avropa çempionu: 'Eyni uğurun təkrarının ayrı ləzzəti var'

"Sevincimin həddi-hüdudu yoxdur. İkinci dəfə Avropa çempionu olmaq məsuliyyətimi daha da artırır".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında 82 kq çəki dərəcəsində qızıl medal qazanmış Yunan-Roma üzrə Azərbaycan güləşçisi Rafiq Hüseynov deyib.

O, qeyd edib ki, turnirə çox ciddi hazırlaşıb: "Hər bir idmançı yarışa çempion olmaq üçün gedir. Gözlənti ilə yox güclü və məsuliyyətli hazırlıqla gedir. Görüşlərimin hamısı gərgin keçdi. Təbii, bütün rəqibləri analiz etmişdim. Ümumiyyətlə Avropa və dünya çempionatlarında asan rəqib olmur.

Növbəti hədəflər barədə isə onu deyə bilərəm ki, təlim-məşq toplantıları olacaq. Çünki qarşıda bizi olimpiya lisenziya xarakterli çox ciddi turnirlər gözləyir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR