Slimfit
  1. DÜNYA

Avropa ölkəsi torpaqlarını Rusiyadan qorumağın yollarını axtarır

Avropa ölkəsi torpaqlarını Rusiyadan qorumağın yollarını axtarır
Sakura

Avropa ölkəsi torpaqlarını Rusiyadan qorumağın yollarını axtarır

Estoniyanın Rusiya ilə münasibətləri həmişə gərgin olub.

 

Buna görə də Baltikyanı ölkə özünü bu imperiyadan həmişə qorumalıdır. Estoniyanın daxili işlər naziri Mart Helme bu istiqamətdə açıqlama verib.

Bizimyol.info xəbər verir ki, nazirin sözlərinə görə, Avropa ölkəsi torpaqlarını Rusiyadan qorumağın yollarını axtarır. Helme açıq bildirib ki, NATO, Avropa Birliyi və ABŞ-ın dəstəyini yetərincə hiss etmirlər. Estoniya ayrı-ayrı ölkələrin köməyinə daha çox güvənir.

“Ümid edirəm ki, NATO böhrandan çıxar və Rusiya təhdidinə qarşı etibarlı zəmanət olaraq qalar. İnsanlar hələ də inanır ki, NATO Estoniyanı qoruyur. Amma sıravi insanlar siyasətçi deyil”, - nazir belə deyib.

Helme ABŞ-ın Avropa təhlükəsizliyi barədə az düşünməsini təəssüflə qeyd edib. Nazir Avropa Birliyinin güc mərkəzi olmadığını söyləyib.

Helme Rusiya təhlükəsini dəfələrlə qeyd edib. O, Finlandiyadan kömək istəyib. Nazirin fikrincə, siyasi rejimdən asılı olmayaraq Rusiya Estoniya üçün həmişə təhlükə mənbəyi olacaq.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR