Slimfit
  1. İDMAN

Avropa Oyunlarında badmintonçumuzdan vacib qələbə

Avropa Oyunlarında badmintonçumuzdan vacib qələbə
Sakura

Avropa Oyunlarında badmintonçumuzdan vacib qələbə

 

Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni II Avropa Oyunlarında “G” qrupunda keçirdiyi ardıcıl ikinci görüşdə qələbə qazanaraq son turun nəticəsindən asılı olmayaraq 1/8 finala vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, o, ikinci turda Lüksemburq təmsilçisi Robert Mann üzərində 2:0 (21-18, 21-15) hesablı qələbə qazanaraq buna nail olub.

Xatırladaq ki, Ezmi ilk oyununda Rumıniya badmintonçusu Kollins Valentin Filimona 2:1 (21- 19, 18-21, 21-10) hesabı ilə qalib gəlib. Onun bu mərhələdə son oyunu bu gün qrupun reytinq favoriti Rusiya idmançısı Vladimir Malkovla olacaq.

Turnirin reqlamentinə əsasən qrup mərhələsində ilk 2 yeri tutan badmintonçu 1/8 final mərhələsinə vəsiqə qazanacaq. “Minsk 2019”-da badminton üzrə yarışlar 24-30 iyun tarixlərini əhatə edəcək. Oyunlar Minskin 2016-cı ildən istifadəyə verilən “Falcon club” arenasında keçirilir. Kişilərin şəxsi kateqoriyasında ümumilikdə 32 badmintonçu II Avropa Oyunlarının medalları uğrunda mübarizə aparır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR