Slimfit
  1. MARAQLI

Avstraliyada süni dəri icad edildi. O, toxunuşu və ağrını hiss edə bilir

Avstraliyada süni dəri icad edildi.  O, toxunuşu və ağrını hiss edə bilir
Sakura

İndi protezdən gələn siqnallar beyin tərəfindən emal olunur.

 Alimlər ixtiranı tibbdə, elm sahəsində və mühəndislikdə istifadə etməyi planlaşdırırlar.

 Ens.az xəbər verir ki, Melburn Krallığı Texnologiya Universitetinin avstraliyalı alimləri ağrıya və toxunuşa insan dərisi kimi reaksiya verən süni dəri hazırlayıblar.

 Bu dəri, bədənin dərhal anlıq əks reaksiyasını təqlid edir və eynilə sensor siqnallarının  beyinə göndərilmə sürətiylə toxunma və ya ağrı hisslərinə cavab verir.

 Universitetin professoru Madxu Bxaskaran, ixtiralarının sancağa toxunmaqla  iynə sancılması arasındakı fərqi hiss edə biləcəyini qeyd edir.

Alim qeyd edib:  "İndiyə qədər heç bir elektron texnologiya insanın ağrı hissini real şəkildə simulyasiya edə bilməyib, ancaq bizim süni dərimiz isə ona dərhal reaksiya verir" .

 İxtira bionik protezlərin istehsalında, ağıllı robot texnikasında və insanın invaziv olmayan dəri transplantasiyasında istifadə edilə bilər.

 Bionik protez,  insanın yalnızca süni şəkildə bir əzanın hərəkət etdirməsini deyil, həm də toxunduğu cisimləri hiss etməsini təmin edir.  Əvvəllər bionik protezlər beyin siqnalları ilə idarə oluna bilirdisə, indi protezdən gələn siqnallar beyin tərəfindən emal olunur.

Mənbə: liga.net

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR