Slimfit
  1. TEXNOLOGİYA

Avtomobil yarışlarını pilotların gözü ilə izləmək mümkündür

Avtomobil yarışlarını pilotların gözü ilə izləmək mümkündür
Sakura
:0

Formula E elektrikli avtomobil çempionatında Driver’s Eye texnologiyası debüt edib

Ens.az xəbər verir ki, müasir yarış avtomobilləri yayım zamanı müxtəlif bucaqlardan görüntülər göstərməyə imkan verən çoxsaylı bort kameraları ilə təchiz ediliblər. Lakin indiyədək azarkeşlərin yarışı bilavasitə sürücülərin gözü ilə izləmək imkanı olmayıb.

Düzdü, yarışlarda pilotun başının yanında və ya yuxarı hisssəsində kameralar yerləşdirilirdi, lakin bunlar prosesi sükan arxasında oturan adam kimi görməyə imkan vermirdi. Formula 1 də daxil olmaqla bir sıra bu cür yarışlarda dəbilqəyə quraşdırılmış kamera ilə təcrübələr aparılsa da, real yarış zamanı texnologiyanın istifadəsinə çata bilməmişdilər.

Axır ki, 2020-ci ildə Formula E seriyasının təşkilatçıları sürücünün birbaş dəbilqəsinə kamera quraşdırdılar. Driver’s Eye texnologiyası dəbilqənin daxili dərisində sürücünün göz səviyyəsində qurulmuş kompakt bir kameradır. Lensin diametri 8 millimetrdir və bütün cihazın çəkisi cəmi 2,5 qramdır ki, bu da dəbilqəni bütün təhlükəsizlik standartlarında saxlamağa mane olmur.

Yəni texnologiyanın debütü yarışın Çilidə keçirilən mərhələsində baş verib - Belçikalı Stoffel Vandorn və Braziliyalı Felipe Massa'nın dəbilqələrində miniatür kameralar quraşdırılıb. Bildirək ki, bu idmançılar müvafiq olaraq Mercedes-Benz EQ və ROKiT Venturi Racing komandalarını təmsil edirlər.

 

 
 
 
Посмотреть эту публикацию в Instagram

Driver’s Eye highlights from the 2020 Antofagasta Minerals #SantiagoEPrix

Публикация от ABB Formula E (@fiaformulae)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR