Slimfit
  1. AVTO VƏ MOTO

Avtomobilinin rəngi insanın şəxsiyyəti haqqında nə deyir

Avtomobilinin rəngi insanın şəxsiyyəti haqqında nə deyir
Sakura

Bəzi araşdırmalar qara avtomobil sahiblərinin aqressiv olduğunu göstərir.

Bir insana aid olan və ya onunla birbaşa və ya dolayısı ilə əlaqəli olan hər şey onun şəxsiyyəti haqqında xəbər verir.

Alətlərimiz, paltarlarımız, maşınlarımız və bütün əşyalarımız şəxsiyyətlərimizin davamıdır.

Bu yazıda sizə avtomobilinizin rəngi ilə şəxsiyyətiniz arasındakı əlaqə barədə məlumat verəcəyik.

Avtomobilinin rəngi insanın şəxsiyyəti haqqında nə deyir

Qara avtomobillər: qara rəngli maşınlar, manipulyasiya edilməyən və sirli olan ciddi insanlar tərəfindən seçilir (şəxsiyyətlərinin bir hissəsi gizlədilmiş ola bilər). Bəzi araşdırmalar qara avtomobil sahiblərinin aqressiv olduğunu göstərir. Digər araşdırmalar qara avtomobil sahiblərinin ən yüksək qəza nisbətinə sahib olduğunu söyləyir.

Tünd göy avtomobillər: tünd göy avtomobillərin sahibləri loyaldır, sakitdir və praktikdirlər. Diqqətlə idarə edirlər və qara avtomobil sahiblərindən daha çox diqqətli olurlar.

Qırmızı Avtomobillər: qırmızı avtomobillərin sahibləri enerjilidir, onlar sürətlə hərəkət edirlər və insanların diqqətini cəlb etmək istəyən təsirli insanlar hesab olunurlar.

Bənövşəyi Avtomobillər: bu, çoxları üçün qəribə seçimdir və ümumiyyətlə bənövşəyi avtomobil sürən şəxslər unikal adamlardır, başqalarının onu necə görməsinə əhəmiyyəti vermir və sizə söyləmək istəyir ki, onun kimisi yoxdur. 

Ağ Maşınlar: ağ, ümumiyyətlə məsumluğu və saflığı əks etdirir, ancaq maşınlardan söz düşəndə, hesab edirlər ki, onları ekstravertlər seçirlər. 

Yaşıl Maşınlar: yaşıl avtomobil sakit insanın seçimidir. Bəzi insanlar ətraf mühitə əhəmiyyət verənlərin yaşıl maşınları tərcih etdiklərini düşünürlər.

Sarı Avtomobillər: sarı rəngli avtomobillərin sürücülərinin optimist şəxsiyyət xüsusiyyətləri var. 

Gümüşü Avtomobillər: bu sürücülər sakit və soyuqqanlı şəxsi keyfiyyətlərə malikdirlər və avtomobil qəzalarına nadir halda düşürlər.

Mənbə: 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR