Slimfit
  1. AVTO VƏ MOTO

Avtomobillərə “plyonka” qadağası bu gün götürülür

Avtomobillərə “plyonka” qadağası bu gün götürülür
Sakura

Avtomobillərə “plyonka” qadağası bu gün götürülür

Bu gün Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə bəzi dəyişikliklər ediləcək.

Axar.az xəbər verir ki, avtomobillərin ban şüşələrinə sənaye üsulu ilə hazırlanan örtüklərin çəkilməsinə görə tətbiq olunan cərimələrin ləğv edilməsi də gözlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartına əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır. Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavənin 7-ci bəndinin Qeyd hissəsinə əsasən, işığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir.

 

İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir.

Xatırladaq ki, bir neçə millət vəkili avtomobillərə tətbiq edilən örtük qadağasının aradan qaldırılması təklifi ilə çıxış etmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR