Slimfit
  1. MƏDƏNİYYƏT

Axundovun xəstə yatağında xahişi...

Axundovun xəstə yatağında xahişi...
Sakura

Axundovun xəstə yatağında xahişi...

Bu gün Şəki Dövlət Dram Teatrının yaranmasının 140 ili münasibətilə teatrda Jan Batist Molyerin və Mixail Bulqakovun “Xəstəliklər xəstəsi və ya yaşasın teatr” əsəri nümayiş olunub.

Kult.az xəbər verir ki, əsas mövzusu savadsız və bacarıqsız həkimlər olan komediya Molyerin son əsəri və ən son rol aldığı tamaşasıdır.

Pole-Royal teatrının səhnəsində əsərin xəstə qəhrəmanı olan Arqanı canlandıran Molyerin səhhətində həqiqətən problem yaranır. Amma o bunu tamaşaçıya hiss etdirmədən rolunu başa çatdırır. Az sonra da dünyadan köçür.

Şəki Dövlət Dram Teatrının hazırladığı tamaşanın da özəlliyi ondan ibarətdir ki, tamaşıçılar “Xəstəliklər xəstəsi” əsəri fonunda Molyerin son anlarını da izləyiblər. Əsər həm də ömrünü teatr səhnəsinə həsr edən bütün sənətkarlara ithaf olunub.

Əsərin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəsssamı Sahib Əhmədli, musiqi tərtibatçısı Zeynəb Orucovadır. Əsas rolda, yəni Molyerin özünün ifa etdiyi obrazı - Arqanı əməkdar artist Xanlar Həşimzadə canlandırıb. Rollarda əməkdar artist Rəhim Qocayev, Akif Yusifov, Xəyal Salahov, Fərahim Fətəliyev, Lalə Məmmədova, Nərmin Abbasova, Rəşad Rüstəmov, Pərviz İsmayılov, Nazilə İmamhüseynova, Fidan Lətifova, Nuranə Mirzəliyeva, Rəşid Mirizadə, Qurban Rəsulov, Arzu Mustafayeva və başqaları çıxış edib.

Qeyd edək ki, 1879-cu ildə Tiflisdə xəstə yatağında olan dramaturq Mirzə Fətəli Axundov dövrünün maarifpərvər insanı və yazıçısı Rəşid bəy Əfəndiyevdən xahiş edib ki, yazdığı əsərlərdən birini sağlığında vətəni Şəkidə tamaşaya qoysun. R.B.Əfəndiyev öz ətrafında bir dəstə həvəskar yığaraq barama anbarında səhnə düzəldir və M.F.Axundovun “Hacı Qara” komediyasını tamaşaya hazırlayır. Özü isə bu tamaşanın baş qəhrəmanı Hacı Qara obrazında çıxış edir. Beləcə, 140 il əvvəl Şəkidə peşəkar teatrın təməli qoyulur.

Xatırladaq ki, yubiley münasibətilə Şəki Dövlət Dram Teatrında silsilə tədbirlər il boyu davam edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR