Slimfit
  1. KOSMOS

Ayda yaşamaq üçün baza tikiləcək

Ayda yaşamaq üçün baza tikiləcək
Sakura

NASA Ayda yaşamaq üçün baza tikməyə hazırlaşır

NASA yenidən insanaları Aya göndərməyi planlayır. Lakin bu dəfə planların uzunmüddətli olacağı bildirilir. Bundan əlavə Aya yalnızca kosmonavtlar deyil, sıradan insanlar da səyahət edə biləcəklər.

Kosmik agentliyin direktoru, eləcə də ABŞ Konqresinin respublikaçı üzvü Jim Bridenstine bu məsələ ilə bağlı birbaşa Donald Trampdan təlimat aldıqlarını deyib.

O, insanların Aya gedə bilməsi və orada uzun müddət yaşaması üçün lazım olan sistemlərin ərsəyə gətirilməsində Amerika şirkətlərindən dəstək gözlədiyini də vurğulayıb. Bridenstine Ayın səthində baza quracaqlarını və artıq bunun üçün müəyyən işlərin görüldüyünü də deyib.

Картинки по запросу NASA

Daha sonra o, Aya gedib, orada insanların yaşaması haqqında ətraflı danışıb: “Artıq planlarımız 50 il əvvəl etdiyimiz kimi, Aya gedib, qısamüddətli orada qalaraq, geri gönmək deyil. Bu dəfə daha əlverişli, daha möhtəşəm texnologiyalar ilə Ayın səthini araşdırıb, orada qalmağı, yaşamağı planlaşdırırıq. Bir sözlə, Aya getdiyimizdə orada qalacağıq. Biz orada uzunmüddətli qala bilməyi təşkil etdikdən sonra insanların da Aya səyahət etməsinə imkan yaradacağıq. Bir yandan da bunun ölkəmizin turizm sahəsində uğurlarına təkan olacağını düşünürəm. İnsanların oraya təhlükəsiz şəkildə getməsi və geri qayıtması üçün lazım olan çalışmalara başlamışıq”.

Agentliyin direktoru bu planın önümüzdəki 10 il içərisində baş tutacağını da söyləyib.

Картинки по запросу NASA, Ay Yüzeyine İçinde Uzun Süre Yaşanabilecek Bir Üs Kurmaya Hazırlanıyor

Картинки по запросу космонавты на луне

 

Mənbə: Musavat.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR