Slimfit
  1. MARAQLI

Ayın görünməyən tərəfinin 60 il əvvəl çəkilmiş ilk görüntüsü təqdim olundu

Ayın görünməyən tərəfinin 60 il əvvəl çəkilmiş ilk görüntüsü təqdim olundu
Sakura

Ayın görünməyən tərəfinin 60 il əvvəl çəkilmiş ilk görüntüsü təqdim olundu

Rusiyada Ayın görünməyən tərəfinin nadir fotolarından biri təqdim olunub. Foto 60 il əvvəl “Luna-3” stansiyası tərəfindən çəkilib.

Fotonu və kartoqrafik materialları Rusiya Dövlət Elmi-Texniki Sənədlər Arxivi təqdim edib. Təqdim olunan materiallar arasında “Luna-3” stansiyasının şəkilləri, o cümlədən Ayın digər tərəfinin şəklinin necə çəkilməsi sxemi yer alıb.

Qeyd edək ki, “Luna-3” 1959-cü ilin 4 oktyabrında buraxılıb və 207 günlük uçuş həyata keçirib. Onun vasitəsilə ilk dəfə Ayın görünməyən tərəfinin şəkilləri Yerdən 60-70 min kilometrlik məsafədən çəkilib. Həmin şəkillərin köməyi ilə peykin ilk atlas və xəritəsi tərtib olunub, 1961-ci ildə isə Ayın yenilənmiş qlobusu buraxılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR