1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Azadlıq meydanının ilk şəhidi — Qəhrəmanı yaxından tanıyaq

Azadlıq meydanının ilk şəhidi — Qəhrəmanı yaxından tanıyaq

Azadlıq meydanının ilk şəhidi — Qəhrəmanı yaxından tanıyaq

80-ci illərin sonlarında sovet imperiyasına qarşı baş qaldıran milli-azadlıq hərəkatı getdikcə güclənməkdə idi. Xüsusilə, hərəkatın önündə gənclər xüsusi fəallığı ilə seçilirdi. Belə gənclərdən biri də imperiya əsgəri tərəfindən vəhşicəsinə döyülüb öldürülən Mikayıl Babayev olub.

“Ölkə.Az” xəbər verir ki, bu barədə araşdırma aparan Azərbaycan Ağsaqqallar Şurasının mətbuat xidmətinin əməkdaşı, araşdımaçı Şərafət Şəfa məlumat verib:

“Mikayıl Babayev ilk qarışıqlıqlarda imperiya tərəfindən ictimai fəallığa görə ən çox təzyiqə məruz qalan gənclərdən biri olub. Mikayıl Babayev 4 mart 1962-ci ildə Şərur rayonu Vərməziyar kəndində anadan olub. Və ilk şəhid kimi ulu öndər Heydər Əliyev onun vətən fədailiyini qiymətləndirərək, böyük şairimiz Xəlil Rzayla birgə ailəsilə görüşüb, adına kənd qəbristanlığında türbə tikdirib.

“Azadlıq!” sədası meydanı bürüyəndə rus ordusunun əsgərləri vəhşicəsinə millətin üstünə yeriyəndə dubinkalarla ilk qətliam edilən Mikayıl Babayev olub. O zaman kimin ağlına gələrdi ki, az müddətdən sonra 20 yanvar yaşanacaq və şəhidlərdən xiyaban yaranacaq.

Ona görə də Mikayıl Babayevin qəbri öz doğma kəndindədir.

Mikayıl Babayev 1989-cu il dekabrın 20-si şəhidlik zirvəsinə ucalıb. O gündən anası Həcərin gözləri tutulub. Aldığımız məlumata görə, bir müddət sonra Mikayılın sevdiyi qız da intihar edib. Onlardan yalnız bir yadigar üzük qalıb”.

Xatırladaq ki, Mikayıl Babayev Yeni Azərbaycan Partiyası Nizami Rayon təşkilatının sədr müavini, 16 saylı Yasamal II seçki dairəsindən deputatlığa namizəd Ramin Əhmədovun və məşhur kikboksçu, dünya çempionu Xəyal Əhmədovun dayısıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR