Slimfit
  1. İDMAN

Azərbaycan atleti Universiadada qızıl medal qazanıb

Azərbaycan atleti Universiadada qızıl medal qazanıb
Sakura

Azərbaycan atleti Universiadada qızıl medal qazanıb

Azərbaycan atleti Nazim Babayev İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasının qalibi olub.

"Report"un məlumatına görə, 22 yaşlı idmançı 3 təkanla tullanma yarışında qızıl medala sahib olub.

O, 16,89 metr nəticə göstərərək, karyerasında ikinci dəfə Universiada çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, bu, Azərbaycanın XXX Yay Universiadasında ikinci qızıl medalı olub. Daha əvvəl idman gimnastı Marina Nekrasova da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçuların fərdi mübarizəsində Hidayət Heydərov (73 kq) gümüş, komanda yarışında isə Azərbaycan millisi bürünc medala sahib olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR