Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI
Sakura

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində artım qeydə alınıb.

Ens.Az "Trend.Az"a istinadən xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,87 ABŞ dolları və ya 5,6% artaraq, 73,18 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 77,64 dollar/barel, minimum isə 70,79 dollar/barel olub.

 

Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 71,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,56 ABŞ dolları və ya 5,2% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 76,39 dollar/barel, minimum isə 69,50 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,27 ABŞ dolları və ya 6% artaraq 57,86 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 61,99 dollar/barel, minimum isə 56,02 dollar/barel olub.

Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,51 dollar və ya 5,2% bahalaşaraq, 70,83 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 75,19 dollar/barel, minimum isə 68,85 dollar/barel təşkil edib.

Neftin növü / tarix

09.06.2025

10.06.2025

11.0562025

12.06.2025

13.06.2025

Orta qiymət

Azeri LT CIF

$70,79

$71,85

$72,17

$73,45

$77,64

$73,18

Azeri Light FOB Ceyhan

$69,50

$70,60

$70,95

$72,20

$76,39

$71,93

Urals (EX NOVO)

$56,02

$56,81

$56,76

$57,74

$61,99

$57,86

Dated Brent

$68,85

$69,60

$69,67

$70,85

$75,19

$70,83

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR