Dərc edildi: Baxış sayı: 461
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan neftinin bir bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,96 ABŞ dolları və ya 1,1% artaraq 88,11 ABŞ dollarına yüksəlib.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.
2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət