Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan qoruqları

Azərbaycan qoruqları
Sakura

Azərbaycan qoruqları

Azərbaycanda 9 milli park, 13 dövlət təbiət qoruğu, 19 dövlət təbiət yasaqlığı, yaşı 100-dən yuxarı 2083 ağac, 37 geoloji və paleontoloji obyektlər və 15 min hektar endemik və qiymətli meşə növü sahələri vardır.

Respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 594939,1 hektardır və ümumi ərazinin 7%-ni təşkil edir.

Bununla yanaşı bir Qobustan dövlət tarixi-bədii qoruğu və Bakı Dənizkənarı Milli Park (ərazisi 80 hektar) fəaliyyət göstərirlər.

Respublika rəhbərliyinin Azərbaycanın təbii sərvətlərinin mühafizəsinə və inkişafına dair tələblərin həyata keçirilməsi ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin və həmin ərazidəki bioloji müxtəlifliyin qorunması sahəsində ardıcıl, məqsədyönlü və intensiv iş aparılır.

Artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Türyançay Dövlət Təbiət Qoruğu, Pirqulu Dövlət Təbiət Qoruğu, İsmayıllı Dövlət Təbiət Qoruğu, Qarayazı Dövlət Təbiət Qoruğu və İlisu Dövlət Təbiət Qoruğu əraziləri 36,6 min ha. genişləndirilmiş və həmin qoruqların ümumi sahəsi 70,7 min ha çatdırılmışdır, Naxçıvan MR-da Ordubad Milli Parkı (12131 ha.) və Şahbuz Dövlət Təbiət Qoruğu (3139 ha.), Şirvan Milli Parkı (54374 ha.), Ağ-göl Milli Parkı(17924 ha.), Hirkan Milli Parkı (21435 ha.), Altıağac Milli Parkı (11035 ha.), Abşeron Milli Parkı (784 ha.), Eldar Şamı Dövlət Təbiət Qoruğu (1686 ha.), Qax rayonunda Qax dövlət təbiət yasaqlığı (36836 ha.) yaradılmışdır.

 

Şəkil Qoruğun adı Yerləşdiyi rayon Sahəsi (ha) Yaradılma tarixi
Geygol.jpg Göy-Göl Göygöl 6739 1925
  Qızılağac Lənkəran 88 400 1929
  Zaqatala Zaqatala 23 800 1929
  Türyançay Şəki 22 500 1958
  Pirqulu Şamaxı 4274 1968
Shirvan Qoruq.jpg Şirvan Şirvan 6232 1969
  Qarayazı Ağstafa 9568 1978
  Bəsitçay Zəngilan 107 1974
Ismailli State Reserve.jpg İsmayıllı İsmayıllı 5778 1981
  Qaragöl Laçın 240 1987
  İlisu Qax 17 381 1987
  Şahbuz Şahbuz 3139 2003
  Eldar Şamı Samux 392 2004
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR