Slimfit
  1. MARAQLI

Azərbaycan SSR əməkdar elm xadimlərinin siyahısı

Azərbaycan SSR əməkdar elm xadimlərinin siyahısı
Sakura

Azərbaycan SSR əməkdar elm xadimlərinin siyahısı

1920-ci illər

1928

11 iyul 1928-ci ildən:

Gindes Yevgeni Yakovleviç — həkim

1929

13 yanvar 1929-cu ildən

Yesman İosif Qavriloviç — Azərbaycan Politexnik İnstitutunun prorektoru, professor

1940-cı illər

1940

23 aprel 1940-cı ildən:

Ammosov Mixail Mitrofanoviç — professor, Azərbaycan Dövlət Tibb İnstitutunun əsəb xəstəlikləri kafedrasının müdiri

Rastovtsev Pavel Yuryeviç — professor, Azərbaycan Dövlət Tibb İnstitutunun fiziologiya kafedrasının müdiri

Topçubaşov Mustafa Ağa oğlu — professor, Azərbaycan Dövlət Tibb İnstitutunun cərrahiyyə kafedrasının müdiri

26 dekabr 1940-cı ildən:

Dunin Yakov Nikolayeviç — professor, Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun materiallar müqaviməti kafedrasının müdiri

Kovalevski Sergey Aleksandroviç — geologiya-mineralogiya elmləri həkimi, professor, Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun ümumi geologiya kafedrasının müdiri

Romanov Stepan Mixayloviç — Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun kristalloqrafiya, mineralogiya və petroqrafiya kafedrasının professoru

Sarkisov Vartan Stepanoviç — professor, Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun arxitektura proyektləri düzəltmək kafedrasının müdiri

1960-cı illər

1960

24 may 1960-cı ildən:

Əzizbəyov Şamil Əbdülrəhim oğlu — Azərbaycan SSR Elmlər Akademiyası geoloji elmlər və neft şöbəsinin katibi

Əlizadə Əbdülkərim Əli oğlu — Azərbaycan SSR Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru

Belenkaya Asya İsaakovna — N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu normal anatomiya kafedrasının professoru

Belubekyan Artaşes İvanoviç — Azərbaycan Dövlət həkimləri təkmilləşdirmə institutu mamalıq və ginekologiya kafedrasının müdiri

Volobuyev Vladimir Rodionoviç — Azərbaycan SSR Elmlər Akademiyası biologiya və tibb elmləri şöbəsinin akademik katibi

Həsənov Şükür Məmməd oğlu — Azərbaycan Dövlət həkimləri təkmilləşdirmə institutu fizioterapiya və kurortologiya kafedrasının müdiri

Hüseynov Əşrəf İsgəndər oğlu — S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsinin dekanı

Hüseynov Cəbrayıl Muxtar oğlu — Azərbaycan SSR Elmlər Akademiyası torpaqşünaslıq və aqrokimya institutu üzvi gübrə laboratoriyasının rəhbəri

Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu — Azərbaycan SSR Elmlər Akademiyası ictimai elmlər şöbəsinin akademik katibi

Zakuyev (Zakuzadə) Əhməd Kərədi Məhəmməd oğlu — V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu pedaqogika və psixologiya kafedrasının professoru

İsmayılzadə İbrahim Məmməd oğlu — Azərbaycan Dövlət həkimləri təkmilləşdirmə institutu dermatovenerologiya kafedrasının professoru

Kajlayev Məhəmməd Davud oğlu — Azərbaycan Dövlət həkimləri təkmilləşdirmə institutunun kafedra müdiri

Qasımov Mehbalı Məmməd oğlu — S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti fəlsəfə kafedrasının müdiri

Quliyev Ələkbər Məmməd oğlu — H. Zərdabi adına Kirovabad pedaqoji institutunun direktoru

Lurye Maksim İsayeviç — Azərbaycan Dövlət həkimləri təkmilləşdirmə institutu mikrobiologiya, epidemiologiya və gigiyena kafedrasının müdiri

Nəzirov Mirzərza Mirzəməsi oğlu — Azərbaycan Dövlət həkimləri təkmilləşdirmə institutu malyariya və tibb parazitologiyası kafedrasının müdiri

Rzabəyli Fətulla Əziz oğlu — N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu ümumi biologiya və parazitologiya kafedrasının müdiri

Rusanova Valentina Nikolayevna — S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti onurğasızlar zoologiyası kafedrasının müdiri

Səfərov Həzrət İsrafil oğlu — Azərbaycan Kənd Təsərrüfatı İnstitutu biologiya və üzvi kimya kafedrasının müdiri

Səfərəlibəyov Mehdi Heydər Xankişi oğlu — N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu yoluxucu xəstəliklər kafedrasının müdiri

Feyzullayev Ağazəki Vahab oğlu — N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu zsvb xəstəlikləri kafedrasının müdiri

Xəlilov Zahid İsmayıl oğlu — Azərbaycan SSR Elmlər Akademiyası fizika-riyaziyyat və texnika elmləri şöbəsinin katibi

Şahtaxtinskaya Zöhrə Mustafa qızı — V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu zoologiya kafedrasının müdiri

Şirəliyev Məmmədağa Şirəli oğlu — Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına ədəbiyyat və dil institutu dialektologiya şöbəsinin müdiri

1964

29 iyun 1964-cü ildən:

Ağabəyli Ağaxan Ələsgər oğlu — Azərbaycan Kənd Təsərrüfatı İnstitutu kənd təsərrüfatı heyvanları yetişdirmə kafedrasının müdiri

Axundova-Bağırbəyova Sonaxanım Əbdül qızı — tibb elmləri doktoru, Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının professoru

Qrebennikov Prokopi Jevseyeviç — professor, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu bitkiçilik kafedrasının müdiri

Qusman Solomon Moiseyeviç — tibb elmləri doktoru, Həkimləri Təkmilləşdirmə İnstitutu terapiya kafedrasının müdiri

Dalin Mark Aleksandroviç — Ümumittifaq Elmi-Tədqiqat Olifinlər İnstitutunun direktoru

İsmayılov Rüstəm Hacəli oğlu — Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası sədrinin müavini

Quluzadə Kazım Novruzəli oğlu — M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft sənayesi, energetika və elektrotexnika kafedrasının müdiri

Məmmədov Əliqulu Məmmədqulu oğlu — M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun tədris işi üzrə prorektoru

Məcidov Balababa Fərəc oğlu — tibb elmləri doktoru, Elmi-Tədqiqat Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru

1969

31 oktyabr 1969-cu ildən:

Əliyev Mehdi Sadıq oğlu — S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin rektoru

Əhmədli Murtuz Qasım oğlu — S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin analitik kimya kafedrasının müdiri

Axundov Mirəli Abdulla oğlu — S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin genetika və darvinizm kafedrasının müdiri

Hüseynzadə Muxtar Hüseyn oğlu — S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin ümumi dilçilik kafedrasının müdiri

Hüseynov İsmayıl Abbas oğlu — S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin SSRİ tarixi kafedrasının professoru, akademik

Mirzəyev Bəhram Rüstəm oğlu — S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin yarımkeçiricilər kafedrasının müdiri

Paşayev Mir Cəlal Əli oğlu — S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri

1980-ci illər

1982

2 dekabr 1982-ci ildən:

Midhət Mir Musa oğlu Ağamirov

Əzizbəyova Püstə Əzizağa qızı

Allahverdiyev Cəlal Eyvaz oğlu

Aşurbəyli Sara Balabəy qızı

Əliyev Cəlal Əlirza oğlu

Bünyadov Ziya Musa oğlu

Quliyev Cəmil Bahadur oğlu

Quliyev Nəriman Ağaqulu oğlu

Cəfərov Məmmədcəfər Zeynalabdin oğlu

Cufarlı Çingiz Mehdi oğlu

Qəhrəmanov Cahangir Vahid oğlu

Müslümov İbrahim Səfər oğlu

Mustafayev Camal Vəli oğlu

Rüstəmov Saleh Hacı oğlu

Salamzadə Əbdülvahab Rəhim oğlu

Salayev Mübhi Haşım oğlu

1990-cı illər

1991

Əbülfəz Cəbrayıl oğlu Qasımov — 22.01.1991

Həsən Əli oğlu Ağayev — 29.01.1991

Qəzənfər Zülfüqar oğlu Ələkbərov — 29.01.1991

Seyfəddin Tağı oğlu Qəndilov — 04.02.1991

Tofiq Əvəz oğlu Quliyev — 04.02.1991

Fuad Nəsrulla oğlu Ələskərov — 04.02.1991

Seyfulla Qüdrət oğlu Əsədullayev — 04.02.1991

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR