Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda 5-ci dalğa başlaya bilər – Xəbərdarlıq

Azərbaycanda 5-ci dalğa başlaya bilər – Xəbərdarlıq
Sakura

Azərbaycanda 5-ci dalğa başlaya bilər – Xəbərdarlıq

Gürcüstan, Rusiya, o cümlədən Türkiyədə yoluxma statistikasına baxanda 5-ci dalğanın başladığı hiss olunur. Qonşu ölkələrdə bu cür yoluxma sayı müşahidə olunursa, Azərbaycanda da 5-ci dalğa ola bilər.

Ens.Az-ın məlumatına əsasən,bu sözləri Axar.az-a həkim-infeksionist Nicat Əzimli deyib.

“Bu ölkələrlə Azərbaycan arasında sıx gediş-gəliş var və vaksinasiya səviyyəmiz həmin ölkələrdən yüksək deyil. Lakin hazırda təşvişə düşməyə də gərək yoxdur. Ən yaxşı yol deyildiyi kimi, gigiyenik qaydalara ciddi əməl etmək, sosial məsafə saxlamaqdır. Vaksinasiya aparılmadığı üçün uşaqlar arasında yoluxmanın sürətlə artma ehtimalı var. Xüsusən təhsil müəssisələrinin açıq olması yoluxma sayını artıra bilər. Başqa ölkələrdə vaksinasiya yaşı aşağı salınıb. Hələ ki, bunun heç bir əks təsiri özünü göstərməyib”, - həkim bildirib.

N.Əzimli qeyd edib ki, hazırda Azərbaycanda mövsümi qrip virusu yayılıb:

“Adi qripə yoluxanlar koronavirus şübhəsi ilə bizə müraciət edirlər. Oxşar simptomlu infeksion xəstəliklərin differensial diaqnostikası var. Hər xəstəlik nə qədər oxşar olsa da, fərqli cəhətləri də mövcuddur. Müayinə metodları ilə də bunu dəqiqləşdirmək olar. Əlbəttə, əvvəlcə həkimin müayinəsindən sonra bunu ayırd edirik. Əgər şübhəli məqam varsa, kimsə özündə şübhəli simptom müşahidə edərsə, dərhal həkimə müraciət etməsi lazımdır”.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR