Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycanda adada tək yaşayan rus haqda film

Zen Film (Azərbaycan) və Alfeka (Türkiyə) şirkətinin birgə layihəsi olan “Adam” filminin istehsalatı başa çatıb. Kult.az xəbər verir ki, film 1981-ci ildə Xəzər dənizinin yüksəlməsi nəticəsində adaya…

Zen Film (Azərbaycan) və Alfeka (Türkiyə) şirkətinin birgə layihəsi olan “Adam” filminin istehsalatı başa çatıb.

Kult.az xəbər verir ki, film 1981-ci ildə Xəzər dənizinin yüksəlməsi nəticəsində adaya çevrilən Kürdilidə illərdir tək yaşayan rus mənşəli azərbaycanlı Vitali Pronin haqqındadır.

Quruluşçu rejissoru Emil Əli, prodüserləri Qan Turalı (Zen Film) və Ali Araz (Alfeka), icraçı prodüseri Fuad Cəfərov olan “Adam” filminin çəkilişlər Neftçala rayonun Kürdili adasında, post-prodakşnı isə Türkiyədə həyata keçirilib.

Qeyd edək ki, “Adam” filminin müxtəlif festivallarda nümayişi nəzərdə tutulub.

 

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR