Slimfit
  1. TƏHSİL VƏ KARYERA

“Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin icrasına başlanılır

“Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin icrasına başlanılır
Sakura

“Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin icrasına başlanılır

Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində Təhsil Nazirliyi, Fransa, Latviya və Litvanın təmsil olunduğu konsorsium tərəfindən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin icrasına başlanılır.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar sentyabrın 25-də Bakıda layihənin rəsmi təqdimat konfransı keçirilib.

Konfransın təşkil edilməsinin məqsədi ali təhsil müəssisələrini, digər maraqlı tərəfləri növbəti iki ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin məzmunu və əsas gözləntiləri barədə məlumatlandırmaqdır.

Təhsil naziri Ceyhun Bayramov ölkəmizdə ali təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb, layihə ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətini diqqətə çatdırıb.

Sonra layihə barədə ətraflı məlumat verilib.

Digər çıxış edənlər layihənin ali təhsilə töhfə verəcəyinə əminliklərini vurğulayıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR