Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda artıq bu şəxslər həbs ediləcək

Azərbaycanda artıq bu şəxslər həbs ediləcək
Sakura

Azərbaycanda artıq bu şəxslər həbs ediləcək

Azərbaycanda telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili cinayət əməli hesab ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə əlavələr edilir.

Həmin əlavələrə əsasən, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qanunsuz qoşulmaqla beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili əhəmiyyətli dərəcədə zərərvurmaya səbəb olduqda azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.

Bu zərər vurulmuş ziyanın 2 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

Bu əməllər külli miqdarda zərərvurmaya səbəb olduqda isə vəzifəli şəxslər 3 il müddətinə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüqüqundan məhrum edilir və vurulmuş ziyanın 3 mislindən 4 mislinədək miqdarda cərimə və ya 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qeyd edək ki, yeni layihədə nəzərdə tutulan “müvafiq qurğu” dedikdə mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunkasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən qurğu başa düşülür.

Dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR