Slimfit
  1. AVTO VƏ MOTO

Azərbaycanda ən az yanacaq işlədən avtomobillər

Azərbaycanda ən az yanacaq işlədən avtomobillər
Sakura

Azərbaycanda ən az yanacaq işlədən avtomobillər

Azərbaycanda ən az yanacaq işlədən avtomobillər məlum olub. Söhbət ən kiçik mühəriklə az yanacaq işlədən avtomobillərdən gedir. Fins.az-ın araşdırmasına görə, ən kiçik mühərrikli və az yanacaq sərf edən modellər Çin, İran, Amerika, Yaponiya və Azərbaycan istehsalı olan avtomobillərdir. Azərbaycanda bu  avtomobillərin alıcıları seçim edərkən kiçik olmasını və qənaətcilliyi nəzərə alırlar.

1. Ən kiçik mühərrikli və ən ucuz avtomobil - “Changan Benni”

 
Ən kiçik mühərikli avtomobillər sırasında ilk yeri «Changan» şirkətinin «Benni» avtomobili tutur. Cəmi 1 litr həcmli 80 at gücündə mühərriklə “Changan Benni”  100 km məsafəyə 5,2- 5,7 yanacaq sərf edir. “Sirena Motors” şirkətindən fins.az-a verilən məlumata görə,  maksimal sürət həddi 180 km/saat olan   avtomobil Bakıda 8 min manata satılır. Həm də ölçülərinin kiçik olması ilə seçilən avtomobili daha çox qadınlar və şirkətlər alır. Xanımlar əsasən kiçik və sərfəli olduğu üçün “Benni Mini”alır. Şirkətlər isə bu avtomobildən loqolarını yapışdırmaq üçün istifadə edirlər.

 

2. Həm taksi, həm də ikinci avtomobil - “Chevrolet Aveo”

Hazırda daha çox satılan kiçik mühərrikli avtomobillərdən biri də “Chevrolet Aveo” avtomobilidir. Avtomobilin ən az yanacaq sərf edən modeli isə 1.2 mexaniki sürət qutulu  versiyasıdır.86 at gücündə mühərriklə təhciz edilən avtomobil şəhər içində 6 litr, şosedə isə 4 litr yanacaq işlədir.Hazırda kampaniya çərçivəsində ucuzlaşan avtomobilin qiyməti 12 575 manatdır.“Performance Center” şirkətindən fins.az-a verilən məlumata görə, yanacaq sərfiyyatının azlığı modeli xeyli cəlbedici edib.Belə ki, qənaətcil olduğu üçün müştərilər alıb taksi kimi istifadə edilərlər.Bəzi varlı müştərilər isə əsasən 2-ci avtomobil olaraq alırlar. “Chevrolet Aveo” alanlar əsasən 25-35 yaşlı xanımlar və 25-45 yaşlı kişilərdir.Alıcıların 70 %-i kişi , 30 %-i isə xanımlardır. 

 

3. Həm az yanacaq işlədir, həm də salonu genişdir - “Nissan Mikra”

Az yanacaq işlədən  avtomobillər sırasına “Nissan Mikra”nı da əlavə etmək olar.“Nurgün Motors” şirkətindən fins.az-a verilən məlumata görə, bu avtomobil “Nissan” modelləri arasında ən az yanacaq sərf edəndir.Avtomobil 1.2 l benzin mühərikklə təhciz edilib.Mühərrik 80 at gücündədir. Şəhər içində 6-7 litr, şosedə 4,5-5 litr yanacaq işlədir.Bununla yanaşı avtomobilin dizaynının cəlbedici olması və salonun genişliyi marağı artırır.Digər üstünlüyü isə adi avtomobillərlə müqayisədə nisbətən hündür olmasıdır.Məsələn, digər avtomobillərdə hündürlük 150 mm-dirsə, “Nissan Mikra”nın hündürlüyü 165 mm-dir.Daha çox gənc və orta nəsil bu avtomobilə maraq göstərir. Qiymətinə gəldikdə isə model 14 490 manata satılır.

 

4. 100 km-ə 6 litr yanacaq işlədir - “Naz-lifan”

Ən kiçik mühərrikli və az yanacaq işlədən avtomobillər sırasında Azərbaycanda istehsal olan avtomobil də var.Söhbət  Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan “Naz-lifan 330” avtomobilindən gedir. 88 at gücündə 1,3 litr həcmli mühərrik avtomobilə maksimum 160 km/saat sürət verə bilir.Avtomat sürət qutulu avtomobilin orta yanacaq sərfiyyatı isə 6 litr təşkil edir. Qiyməti isə 11 200 manatdır.

 

5. Qənaətcilliyinə görə taksi kimi alırlar - “Saipa 131”

Sonuncu ən kiçik mühərrikli avtomobil isə Iran istehsalı olan “Saipa 131” modelidir. “UZ-DAEWOO Baku Auto” şirkətindən verilən məlumata görə,  mexaniki sürət qutulu “Saipa 131” 1.3 l mühərriklə təhciz edilib. Avtomobil şəhər içi yollarda 100 km-ə 6-7 litr, şossedə isə 100 kilometr məsafə üçün cəmi 4 litr yanacaq sərf edir. Ona görə də, bu avtomobili 90 % hallarda taksi fəaliyyəti göstərmək istəyən sürücülər alır. Avtomobilin qiyməti 9 min manatdır. Şirkətdən bildirilib ki, sürücülər ilkin olaraq 2 min manat ödəyirlər. Daha sonra aldıqları avtomobillə taksi fəaliyyəti göstərib qalan məbləği aylıq hissə-hissə ödəyirlər.

 

Xatırladaq ki, bir qədər əvvəl bu siyahıdakı avtomobillərin bəziləri həm də qiymətinin aşağı olmasıyla seçilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR