Slimfit
  1. İDMAN

Azərbaycanda həftənin ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycanda həftənin ən yaxşı futbolçusu açıqlanıb
Sakura

Azərbaycanda həftənin ən yaxşı futbolçusu açıqlanıb

 Azərbaycan Premyer Liqasının VII turunun ən yaxşı futbolçusu məlum olub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "Zirə"nin müdafiəçisi Miloş Radivoyeviç ən yaxşı oyunçu adına layiq görülüb.

Serbiyalı oyunçu VII turda “Qəbələ”yə qarşı keçirilən matçda komandasına qələbə qazandıran qolun müəllifi olub.

Qeyd edək ki, turun ən yaxşı futbolçusu “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir. Miloş Radivoyeviç həmçinin VII turun rəmzi komandasında da yer alıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR