Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda ilk: Aparıcılar 24 saat efirdə olacaq

Azərbaycanda ilk: Aparıcılar 24 saat efirdə olacaq
Sakura

Azərbaycanda ilk: Aparıcılar 24 saat efirdə olacaq

Azərbaycan radio tarixində ilk dəfə "Xəzər Hit FM"-in aparıcıları 24 saat canlı efirdə olacaqlar.

Axar.az xəbər verir ki, "6-dan sonra" adlı verilişin aparıcıları Cavid Osmanov, Əhəd Miriyev və Azərin Məmmədli bu gün səhər saat 8-dən başlayaraq canlı efirdə 24 saat veriliş aparacaqlar.

Aparıcılar 1 sutka yatmadan və yalnız kiçik fasilələrə ayrılmaqla dinləyicilərlə bir yerdə olacaqlar. Dünyanın müxtəlif yerlərində bu tipli rekordlar olsa da, ölkəmizdə ilk dəfə olaraq bu tarixi an "Xəzər Hit FM"-də yaşanacaq. Yorulmadan efir aparmaq üçün isə aparıcılar xüsusi hazırlanıblar.

Efir boyunca bir-birindən maraqlı qonaqlarla yanaşı dinləyicilərə bol-bol hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, Cavid Osmanov, Əhəd Miriyev və Azərin Məmmədli 103 FM dalğasında efirə gedən "6-dan sonra" verlişinin aparıcılardır. Veriliş həftə içi 5 gün, axşam saat 6-dan 8-ə kimi davam edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR