Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda ilk dəfə məmur özbaşınalığı mövzusunda serial çəkilir

Azərbaycanda ilk dəfə məmur özbaşınalığı mövzusunda serial çəkilir
Sakura

Azərbaycanda ilk dəfə məmur özbaşınalığı mövzusunda serial çəkilir

Azərbaycan teleməkanında ilk dəfə ictimai və dövlət strukturlarda kök salmış müəyyən neqativ tendensiyalardan bəhs olunan serial yayımlanacaq.

Ens.az Kulis.az-a istinadən xəbər verir ki,“Oscar Film production”un təqdimatında üzərinə tabu qoyulan bir çox mövzular, bu vaxta qədər efirlərdə səslənməyən hadisələr, ictimai və dövlət strukturlarında kök salmış müəyyən neqativ tendensiyalar sosial satira üslubunda tamaşaçIlara təqdim olunacaq.

Tam fərqli, indiyə kimi izləmədiyiniz mövzu və quruluşda çəkilən “İdarə” serialı bu mövsümdə hər kəsi təəccübləndirəcək. Ekran önündə izləyiciləri daim gərgin və həyəcanlı saxlamaqla yanaşı, həm də ciddi gülüşlə düşündürəcək.

Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifi İlqar Fəhmi və Jalə Novruz olan serial ARB kanalında 25 sentyabrdan cümə günləri saat 21.00-da efirdə olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR