Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda ilk dəfə “Regionun mətbəx günü” adlı milli yemək festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə “Regionun mətbəx günü” adlı milli yemək festivalı keçiriləcək
Sakura

Azərbaycanda ilk dəfə “Regionun mətbəx günü” adlı milli yemək festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə “Regionun mətbəx günü” adı ilə milli yemək festivalı təşkil olunacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun sonunda Qubada keçiriləcək yemək festivalında ölkəmizin şimal bölgəsinə məxsus milli yeməklər nümayiş etdiriləcək.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, festivalda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə qədim zamanlardan bişirilən milli yeməklər təqdim olunacaq. Bölgəmizdə yaşayan azsaylı xalqların özünəməxsus mətbəx nümunələrinin tədbir iştirakçılarında böyük maraq oyadacağı gözlənilir.

“Azərbaycan milli mətbəxi təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Milli mətbəximizin tarixi xalqımızın tarixi qədər qədimdir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə xeyli fərqlənir. “Regionun mətbəx günü” adı ilə tədbirin keçirilməsində əsas məqsəd mətbəx nümunələrimizi tanıtmaq, təbliğ etmək və milli yeməklərimizə əl uzadanların qarşısını almaqdan ibarətdir”, - deyə Nazim Ağayev qeyd edib.

Festivalın hazırlıq işlərinə artıq start verilib. Tədbirlə bağlı regiondakı müvafiq qurumların nümayəndələri, bir sıra tanınmış aşpazların iştirakı ilə hazırlıq iclası keçirilib, təşkilati məsələlər müzakirə olunub.

Nazim Ağayev belə tədbirlərin bölgələrin mədəni irsinin təbliği baxımından böyük əhəmiyyətə malik olduğunu deyib. “Azərbaycanın şimal bölgəsi geniş turizm imkanlarına malikdir. Bu regionun qədim tarixi, zəngin mədəniyyət abidələri, eləcə də füsunkar təbiəti yerli və xarici qonaqları cəlb edir. Milli mətbəximizin təbliğ olunduğu festivalın yay mövsümündə keçirilməsi ölkəmizə gələn həm xarici qonaqlara, həm də yerli sakinlərə bölgələrin rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradacaq”, - deyə Nazim Ağayev bildirib.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək “Regionun mətbəx günü” adlı milli yemək festivalının gələcəkdə ölkəmizin bütün bölgələrini əhatə etməsi nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR