Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda istehsal olunan avtomobillər bu ölkələrə ixrac ediləcək

Azərbaycanda istehsal olunan avtomobillər bu ölkələrə ixrac ediləcək
Sakura

Azərbaycanda istehsal olunan avtomobillər bu ölkələrə ixrac ediləcək

Azərbaycan və İran "Xəzər" birgə avtomobil zavodunda istehsal olunan avtomobillərin tezliklə Rusiya, Ukrayna və MDB ölkələrinə ixracına başlayacaqlar.

Publika.az-ın məlumatına görə, bunu IKCO (Iran Khodro Co.) şirkətinin Asiya, Avropa, Amerika və MDB üzrə direktoru Sabina Nobari deyib.

Hazırda bu zavodda istehsal olunan avtomobillər yalnız Azərbaycanda satılır.

S.Nobari bildirib ki, "Iran Khodro" və Azərbaycanın "AzEuroCar LLC" avtomobil şirkəti 2018-ci ilin martından Azərbaycanda 300-dən çox "Dena" ailə sedanı istehsal ediblər.

Qeyd edək ki, "Xəzər" avtomobil zavodu Neftçala Sənaye Məhəlləsində yerləşir. Bundan əvvəl zavodda "Dena", "Runna", "Soren" və "Samand" modellərinin də istehsal olunacağı deyilirdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR