Slimfit
  1. AVTO VƏ MOTO

Azərbaycanda "Peugeot" avtomobillərinin istehsalı daxili bazar tələbatına uyğun qurulacaq

Azərbaycanda "Peugeot" avtomobillərinin istehsalı daxili bazar tələbatına uyğun qurulacaq
Sakura

Azərbaycanda "Peugeot" avtomobillərinin istehsalı daxili bazar tələbatına uyğun qurulacaq

Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən avtomobil istehsalçısı ("Azərmaş" ASC – red.) tərəfindən daxili bazarda müxtəlif modellərə olan tələbat araşdırılır ki, istehsal prosesi ona uyğun qurulsun.

Bunu "APA-Economics"ə Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, sənaye məhəlləsində fəaliyyət göstərən istehsalçı tərəfindən bu günədək artıq 3 minə yaxın "Peugeot" avtomobili yığılıb. 

"Bu proses genişlənir və mütəmadi olaraq model növləri yenilənəcək. Paralel olaraq, avtomobil ixracı ilə bağlı xarici bazarlar da araşdırılır. Onların sırasında Rusiya, Ukrayna və Gürcüstan bazarlarını qeyd etmək olar", - deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, hazırda "Azərmaş" zavodunda “Peugeot Khazar” modeli istehsal edilir. Gələcəkdə isə müəssisə tərəfindən "Peugeot-301", "Peugeot-206" və "Peugeot-207" modellərinin də istehsalı nəzərdə tutulub. Ümumilikdə, şirkət tərəfindən gələcəkdə “Peugeot”nun 9 modelinin istehsalı nəzərdə tutulub. Layihə "Iran Khodro Industrial Group" şirkəti ilə müştərək olaraq icra olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR