Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda vurulacaq peyvəndlərlə bağlı daha bir vacib AÇIQLAMA

Azərbaycanda vurulacaq peyvəndlərlə bağlı daha bir vacib AÇIQLAMA
Sakura

Azərbaycanda vurulacaq peyvəndlərlə bağlı daha bir vacib AÇIQLAMA

Hər kəs vaksinasiyaya ciddi yanaşmalıdır. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib. 

Vaksin vurulan kimi insanı qoruyub-qorumadığına dair suallarına cavab olaraq Y.Qarayeva deyib ki, bu, dərhal baş vermir:

“Uzun illərdir ki, vaksinlərlə çalışıram. Vaksinasiyanın prinsipi bundan ibarətdir ki, 1-2 ay və ya 4 həftə öncədən vurulmalıdır. Peyvənd iki dozadan ibarətdir. Odur ki, vaksin vurulduqdan sonra müəyyən bir müddət sonra orqanizmdə qoruyucu anticisimlər yaranacaq”.

O bildirib ki, ölkədə vurulan hər bir peyvənd qeydiyyata alınacaq:

“TƏBİB hər bir rayonda vurulan peyvəndin seriyasını, tibb məntəqəsinin qeydiyyatını aparacaq. Bütün bu proseslər şəffaf şəkildə təşkil ediləcək”, - deyə o qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR