Slimfit
  1. AVTO VƏ MOTO

Azərbaycanda yığılan 190 avtomobil anbarlarda qalıb

Azərbaycanda yığılan 190 avtomobil anbarlarda qalıb
Sakura

2019-cu ilin yanvar ayında Azərbaycanda 89 ədəd minik avtomobili istehsal edilib

2019-cu ilin yanvar ayında Azərbaycanda 89 ədəd minik avtomobili istehsal edilib.

"Kommersant.azDövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2017-ci ilin Yanvarında Azərbaycanda minik avtomobili istehsal edilməmişdi.

01.02.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 190 ədəd təşkil edib.

Ötən il Azərbaycanda 969 ədəd minik avtomobili yığılıb. 01.01.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 193 ədəd təşkil etmişdi (yığılmış avtomobillərin 20%-i).

2019-cu ilin Yanvarında 188 ədəd traktor istehsal edilib. 2017-ci ilin yanvar ayı ilə müqayisədə traktor istehsalı 2,8 dəfə artıb. Ötən il ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi.

2019-cu ildə Neftçaladakı “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur. Bunu “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında deyib.

Emin Axundov Fevralın 11-də bildirmişdi ki, 2018-ci ilin yazında işə düşmüş Neftçala Avtomobil Zavodunda bu vaxta kimi 1250-dək avtomobil istehsal olunub. Bu rəqəm, rəsmi statistikadan yüksəkdir. Rəsmi statistikaya görə, ötən il və bu ilin Yanvarında Azərbaycanda cəmi 1058 ədəd minik avtomobili istehsal edilib.

Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri istehsal edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR