1. AZƏRBAYCAN

Azərbaycandakı 217 məktəbdə erməni şagirdlər dərslərin açılışını avtomatla qeyd etdi...

Azərbaycandakı 217 məktəbdə erməni şagirdlər dərslərin açılışını avtomatla qeyd etdi...

Yüz minlərlə didərgin türk, müsəlman övladı isə 700-ə yaxın məktəbə yenə də “qaçqın” damğası ilə qədəm…

Bu gün -1 sentyabr Azərbaycan Respublikasına məxsus işğal altındakı torpaqlarımızda erməni müəllim və şagirdlər “bilik günü”nü qeyd ediblər. 
Moderator.az xəbər verir ki, separatçı nəşrlərin yaydığı məlumata görə, zəbt edilmiş şəhər, rayon mərkəzləri və kəndlərimizdəki 217 məktəbdə dərs ilinin ilk zəngi çalınıb. Erməni şagirdlər “bilik günü”nü hərbi formada, əllərində  separatçı rejim bayrağı və avtomat silahla(təlim üçün olsa da) qeyd ediblər.
 
P.S. İşğal altındakı torpaqların Azərbaycanın nəzarətində olan digər bölgələrimizə səpələnmiş didərginlərin yüz minlərlə övladı isə 700-ə yaxın məktəbdə növbəti tədris ilinə də “qaçqın”, “məcburi köçkün” damğası ilə qədəm qoyacaqlar...
 


Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Editörün Seçimi

SON XƏBƏRLƏR