Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycandan Gürcüstana bu il səfər edənlərin sayı 1 mln. nəfəri ötüb

Azərbaycandan Gürcüstana bu il səfər edənlərin sayı 1 mln. nəfəri ötüb
Sakura

Azərbaycandan Gürcüstana bu il səfər edənlərin sayı 1 mln. nəfəri ötüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 024 349 nəfər təşkil edib.

Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 68 292 nəfər, yaxud 7,1% artıb.

Bu göstərici ilə Azərbaycan qonşu ölkəyə səfər edən əcnəbi ziyarətçilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 1 058 549 nəfərlə Rusiya, üçüncü yerdə isə 864 474 nəfərlə Ermənistandır.

Hesabat dövründə Gürcüstan, ümumilikdə, 6 320 516 beynəlxalq ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 7,2% çoxdur. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR