Ens.az
20 sentyabr 2019, cümə
.
chevron_left chevron_right
İDMAN

Azərbaycanı dünya çempionatında bir üzgüçü təmsil edəcək

Azərbaycanı dünya çempionatında bir üzgüçü təmsil edəcək

Azərbaycanı dünya çempionatında bir üzgüçü təmsil edəcək

 

Bu gündən etibarən Macarıstanın paytaxtı Budapeştdə gənc üzgüçülər arasında VII dünya çempionatı start götürüb.

Oxu.Az xəbər verir ki, avqustun 25-nə qədər davam edəcək dünya çempionatında Azərbaycanı bir idmançı təmsil edəcək.

Bu, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycana iki bürünc medal qazandırmış Fatimə Alkərəmovadır. 17 yaşlı idmançı 50, 100, 200 və 400 metr məsafələrə sərbəst üsulla üzmə yarışlarında mübarizə aparacaq.

Qeyd edək ki, F.Alkərəmova iyulda Kazanda keçirilmiş gənclərin Avropa çempionatında 800 metr məsafəyə sərbəst üsulla yarışda finişə 9 dəqiqə 20,64 saniyəyə çatıb. O, bu nəticə ilə sonuncu – 25-ci olub.

 


VİDEO QALEREYA
Günəş batması - kosmosdan görünüş
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ