Slimfit
  1. İDMAN

Azərbaycanın daha üç klubunun Antalyadakı yoxlama matçı hava şəraitinə görə baş tutmayıb

Azərbaycanın daha üç klubunun Antalyadakı yoxlama matçı hava şəraitinə görə baş tutmayıb
Sakura

Azərbaycanın daha üç klubunun Antalyadakı yoxlama matçı hava şəraitinə görə baş tutmayıb

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə"nin Qazaxıstan "Taraz"ı ilə nəzərdə tutulan yoxlama matçı ləğv olunub.

Klubdan "Report"a verilən məlumata görə, buna bölgəyə aramsız yağışın yağması səbəb olub. Axşam saatlarında tufanın gözlənildiyini nəzərə alan tərəflər oyunun keçirilməməsini qərara alıblar. 

Bununla yanaşı, "Sumqayıt" komandasının Qazaxıstanın digər təmsilçisi "Jetısu" ilə planlaşdırılan qarşılaşması təxirə salınıb. Yanvarın 16-da keçiriləcək matç Bakı vaxtı ilə saat 13:00-da başlanacaq. 

Eyni zamanda "Səbail" klubunun Macarıstan "Aqvital”ı ilə oyunu baş tutmayıb. Klubun Mətbuat xidmətinin rəhbəri Törə Əhmədovanın "Report"a verdiyi məlumata görə, qarşılaşma yanvarın 16-na təxirə salınıb. Oyunun keçirilmə saatı hələlik məlum deyil.

Qeyd edək ki, daha əvvəl "Qarabağ"ın Rumıniya "Botoşani"si ilə oyunu ləğv olunub.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR