Slimfit
  1. İDMAN

Azərbaycanın iki gənc cüdoçusu dünya birinciliyində medal qazanıb

Azərbaycanın iki gənc cüdoçusu dünya birinciliyində medal qazanıb
Sakura

Azərbaycanın iki gənc cüdoçusu dünya birinciliyində medal qazanıb

Azərbaycanın iki cüdoçusu Mərakeşdə bu gün start götürən gənclər arasında dünya birinciliyində fəxri kürsüyə yüksəlib.

Trend-in Azərbaycan Cüdo Federasiyasına istinadən verdiyi məlumata görə, 60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Əhməd Yusifov Koreya, Ukrayna, Türkiyə və Qırğızıstan təmsilçilərini məğlub etdikdən sonra finalda rusiyalı Konstantin Simeonidisə uduzaraq gümüş medal qazanıb.

66 kq çəkidə çıxış edən İbrahim Əliyev isə bürünc medal uğrunda görüşdə rumıniyalı Lusian Dumitreskudan güclü olub və mundialda 3-cü yeri tutub.

Qeyd edək ki, dünya birinciliyinə 81 ölkədən 294-ü oğlan, 223-ü qız olmaqla 517 cüdoçu qatılıb. Azərbaycan millisi yarışda 9 oğlan və 2 qız idmançı ilə təmsil olunur.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR