Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanın İsveçrəsi...

Azərbaycanın İsveçrəsi...
Sakura

Oğuz-ilk dəfə görəndə bir az da Laçına bənzətdim nədənsə bu gözəl eli...

Oğuz-ilk dəfə görəndə bir az da Laçına bənzətdim nədənsə bu gözəl eli...Sıx meşələr, gözoxşayan yaşıllıqlar, gözəl havası məni valeh etdi!

Böyük Qafqazın cənub yamaclarında qərar tutan, əlverişli təbii şəraiti, tarixi abidələri ilə zəngin Oğuz rayonu Bakıdan 268 kilometr aralıda yerləşir. Böyük Qafqaz sıra dağlarının başı qarlı zirvələri, sıldırım keçidləri, gur çayları bu bölgə üçün xarakterik təbiət mənzərələridir. Buna görə də Oğuzu bəzən obrazlı şəkildə “Azərbaycanın İsveçrəsi adlandırırlar”. Bu yerlərin təbiəti eyni zamanda zəngin torpaq və bitki örtüyü ilə də fərqlənir. Ərazisinin çox hissəsi meşələrlə örtülüb. Burada çoxlu şəlalə, kükürdlü və termal su bulaqları var.Təbii şəraiti və iqlim xüsusiyyətləri turizm infrastrukturunu inkişaf etdirməyə imkan verir. Təbiət qoynundakı turizm mərkəzləri, müasir otellər istirahət üçün olduqca münasibdir. Oğuz dünyanın ən qədim yaşayış məskənlərindən biri olub. Ötən əsrin ortalarında aparılan arxeoloji tədqiqatlar zamanı ərazidə neolit və eneolit dövrünə aid bir sıra maddi-mədəniyyət nümunələri aşkar edilib. Qədim nekropollar, Alban ibadətgahları Oğuzun qədim tarixinin nişanələridir. Oğuzdan Dağıstana doğru istiqamətlənən iki böyük keçid var. Çətin keçilən bu keçidlərdə orta əsrlərdə Azərbaycanın şimal sərhədlərinin müdafiəsi məqsədilə tikilən Govur, Surxayxan qalaları, Muxas qülləsi və digər istehkamlar xalqımızın ulu tarixini özündə yaşadır. Oğuz rayonu həm də çoxmillətli bölgədir. Hazırda burda azərbaycanlılarla yanaşı məshəti türkləri, ləzgilər, udilər, yəhudilər, ruslar və digər millətlərin nümayəndələri yaşayırlar.

Mənbə: Karabakhmedia.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR